header

 İngiltərədə yüzlərlə Amazon işçisi tətil edir

 İngiltərədə yüzlərlə Amazon işçisi tətil edir

İngiltərədə müxtəlif sektorlarda həyata keçirilən tətil aksiyalarının davamında İngiltərənin mərkəzindəki bir anbarda işləyən ABŞ-ın Amazon şirkətinin işçiləri də maaşların aşağı olmasına etiraz olaraq, çərşənbə günündən etibarən tətil aksiyasına başlayıblar.

Tashaio.com-ın Röyters-ə istinadən məlumatına əsasən,GMB-nin həmkarlar ittifaqının direktorlarından olan Stuart Ricçards verdiyi açıqlamada deyib: "Artan inflyasiya Koventridə yerləşən Amazon anbarı işçilərinin tətilə çıxmalarına səbəb olan ən mühüm amildir".

O, əlavə edib: "İşçilər uzun saatlar işləməyə məcburdurlar ki, xərclərinin öhdəsindən gələ bilsinlər". 

Bu anbarlarda 2 minə yaxın işçi çalışır.

Keçən ilin avqustunda da İngiltərənin cənub-şərqindəki Tilberi şəhərində yerləşən başqa bir Amazon anbarının bir qrup işçisi iş şəraitlərinə etiraz olaraq tətilə çıxıblar. Amazonun İngiltərədə 75 min işçisi var ki, çox aşağı maaşlı işləyirlər.

Hazırda mühüm sektorların işçiləri, o cümlədən xəstəxanalardakı tibb bacıları və təcili yardım işçiləri, dəmir yolu şəbəkəsinin işçiləri və hüquqşünaslar maaşların aşağı olmasına etiraz olaraq, tətil aksiyası keçirirlər. 

İngiltərə və Uelsdə minlərlə səhiyyə işçisi bazar ertəsi günü həmkarlar ittifaqlarının hökumətə maaşların və iş şəraitinin yaxşılaşdırılması ilə bağlı danışıqlar aparmaq üçün müraciəti ilə eyni zamanda və etiraz aksiyalarının genişlənməsi fonunda tətil aksiyasını bərpa ediblər. 

İngiltərədə müxtəlif sektorlarda həyata keçirilən tətil aksiyalarının davamında İngiltərənin mərkəzindəki bir anbarda işləyən ABŞ-ın Amazon şirkətinin işçiləri də maaşların aşağı olmasına etiraz olaraq, çərşənbə günündən etibarən tətil aksiyasına başlayıblar.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-26-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap