header

 Fələstinlilər 40 min Fələstin bayrağının qaldırılması kampaniyasına hazırlaşır

 Fələstinlilər 40 min Fələstin bayrağının qaldırılması kampaniyasına hazırlaşır

Fələstinlilər sionist rejimin daxili təhlükəsizlik nazirinin göstərişinə reaksiyada ölkə səmasında 40 min Fələstin bayrağının qaldırılması kampaniyasına hazırlaşırlar.

"Əl-Məyadin" telekanalının məlumatına görə, Fələstin kimliyini vurğulamaq, işğalçıların qərarlarına və bu kimliyi məhv etmək cəhdlərinə qarşı çıxmaq üçün fələstinlilər gələn cümə axşamı ölkə səmasında qırx min bayraq ucaltmaq üçün kampaniyaya hazırlaşırlar.

Bu kampaniya İsrailin daxili təhlükəsizlik naziri İtamar Ben Qvirin Fələstin bayrağının qaldırılmasının qarşısını almaq qərarına cavab olaraq həyata keçirilir.

Fələstinli fəal "Saleh Diab" deyib ki, Fələstin bayrağı bu Fələstin torpağının xalqının simvoludur və biz onu Qüds azad olunana qədər dalğalandıracağıq.

Yaxın günlərdə 40 ilini işğalçıların həbsxanalarında keçirən Mahir Yunus azad ediləcək və fələstinlilər Fələstin səmasında və qaçqın düşərgələrində 40 min bayraq qaldırmağa hazırlaşırlar.

Keçən ay sionist qəsəbə sakinlərinin yürüşü zamanı bir pilotsuz təyyarə Fələstin bayrağını Qüds divarları və minlərlə İsrail bayrağının üzərindən keçirdi.

İsrail son 75 ildə bütün zorakılıqları və cinayətkarlıqlarına rəğmən fələstinlilərin kimliyini və dilini məhv edə bilməyib və fələstinlilər bütün fədakarlıqlara baxmayaraq, bu gün öz bayrağını qaldırmaqdan geri çəkilməyəcəklər.

Fələstinlilər sionist rejimin daxili təhlükəsizlik nazirinin göstərişinə reaksiyada ölkə səmasında 40 min Fələstin bayrağının qaldırılması kampaniyasına hazırlaşırlar.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-18-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap