header

 General Qasim Süleymaninin məzarı ziyarət olunur

 General Qasim Süleymaninin məzarı ziyarət olunur

İran İslam Respublikasında general Qasim Süleymaninin terrora məruz qalmasının üçüncü ildönümü münasibətilə on minlərlə insan bu böyük sərkərdənin məzarının ziyarətinə axışıb.

Tashaio.com-ın məlumatına əsasən, Paytaxt Tehran və əfsanəvi general Qasim Süleymaninin dəfn olunduğu Kerman şəhəri də daxil olmaqla əksər bölgələr mərhum generalın ildönümü ilə bağlı tədbirlərin şahididir.

Məlumata görə dünən Kerman şəhərində mərhum generalın dəfn edildiyi məzarlığa 25min insan axışıb.

Ötən gün Tehranda Qasim Süleymaninin ailəsi və yaxınları İslam İnqilabının Aliməqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei ilə görüşüblər.

Yerli iranlı zəvvarlardan əlavə İraq, Livan, Suriya və digər ölkələrdən olan vətəndaşlar da şəhid generalın məzarını ziyarət etmək üçün Kermana yollanıblar.

Qeyd edək ki, şəhid generalın ildönümü yanvarın üçünə təsadüf edir.

İran İslam Respublikasında general Qasim Süleymaninin terrora məruz qalmasının üçüncü ildönümü münasibətilə on minlərlə insan bu böyük sərkərdənin məzarının ziyarətinə axışıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-02-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap