header

 Tale Bağırzadə aclıq aksiyasını davam etdirir

 Tale Bağırzadə aclıq aksiyasını davam etdirir

Müsəlman Birliyi Hərəkatının lideri Taleh Bağırzadə həbsxanada aclıq aksiyasını davam etdirir və onun başqa koloniyaya köçürülməsini tələb edir. Bu barədə dekabrın 3-də 12 saylı koloniyada Bağırzadəyə baş çəkmiş vəkil Fəxrəddin Mehdiyev məlumat verib.

“Taleh Bağırzadə bildirib ki, 2014-cü ildə bu koloniyada cəza çəkəndə də rəis müavini ona problemlər yaradıb, onu “vətən xaini” adlandırıb. İndi də Qobustan həbsxanasından köçürüləndən sonra namusunu təhqir edib”, vəkil bildirib.

Bağırzadə növbəti təxribatların qarşısını almaq üçün başqa koloniyaya köçürülməsini tələb edir. Mehdiyev bildirib ki, T. Bağırzadə tələbi yerinə yetirilənə qədər həkimlərin köməyindən, telefon zənglərindən və vəkillərin ona müraciətindən imtina edir.

Eyni zamanda 9 gündür aclıq aksiyasını davam etdirən Bağırzadənin də vəziyyəti pisləşir. “Onun hərarəti, titrəməsi, şiddətli baş ağrıları var”, - Mehdiyev bildirib.

Bağırzadənin tələbinin nə dərəcədə əsaslı olduğu sualına vəkil müsbət cavab verib. 

Qanunvericiliyə görə, məhkum cəzasını yaşayış yerinə ərazi baxımından ən yaxın koloniyada çəkməlidir. Taleh Bağırzadə Bakının Yasamal rayonunda qeydiyyatdadır. Lakin şəhər daxilində üç koloniya olduğu halda, o, 25-30 km aralıda yerləşən 12 saylı cəzaçəkmə müəssisəsinə göndərilib.

Bundan başqa, məhkumun başqa məhkumla və ya koloniyanın müdiriyyəti ilə münaqişəsi varsa, o da başqa yerə köçürülməlidir. 

Müdafiə tərəfi hesab edir ki, Ombudsman və Qızıl Xaç bu məsələnin həllinə köməklik göstərə bilər və artıq bu strukturlara müraciətlər göndərilib.

Tale Bağırzadə 2015-ci ildə Nardarana qarşı edilən hücum zamanı həbs edilib və terrorçuluq, konstitusiya quruluşunu dəyişdirməyə cəhd, qanunsuz silahlı birləşmə yaratmaq və s. ittihamlarla 20 il müddətinə azadlıqdan məhrum edilsə də O, siyasi məhbus kimi tanınıb.

Müsəlman Birliyi Hərəkatının lideri Taleh Bağırzadə həbsxanada aclıq aksiyasını davam etdirir və onun başqa koloniyaya köçürülməsini tələb edir. Bu barədə dekabrın 3-də 12 saylı koloniyada Bağırzadəyə baş çəkmiş vəkil Fəxrəddin Mehdiyev məlumat verib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-04-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap