header

 İsrailin təhlükəsizlik sistemi "Ərin Əl-Usud" qarşısında diz çökür

 İsrailin təhlükəsizlik sistemi "Ərin Əl-Usud" qarşısında diz çökür

Fələstin Mücahidləri Briqadalarının sözçüsü Erin Əl-Usud və ya "Aslanlar Yuvası" müqavimət qruplaşmasının sionist rejimin təhlükəsizlik və hərbi sistemini darmadağın etdiyini bildirib.

Tashaio.com-ın məlumatına əsasən, Fələstinin hərbi qollarından biri olan Mücahidlər Briqadalarının sözçüsü Əbu Bilal "İran Press"-in Qəzzədəki müxbiri ilə söhbətində bildirib ki, Fələstinin İordan çayının qərb sahilinin müxtəlif bölgələrindəki müqavimət əməliyyatları sionist rejimi çaşdırıb.

Əbu Bilal, həmçinin Mücahidlər Briqadasının, Qüds Batalyonları, Ərin Əl-Əsud Batalyonları, Əl-Əqsa Briqadaları və digər Fələstin müqavimət qruplarının sionist rejimə qarşı hərbi əməliyyatlarını yüksək qiymətləndirib və deyib: "Sionistlərə qarşı hər cür müqavimət Fələstinlilərin öz torpaqlarını və Məscidül-Əqsanı müdafiə etmək, işğala son qoymaq üçün haqqıdır".

Bu günlərdə İordan çayının qərb sahilinin müxtəlif bölgələri İsrail rejiminin işğalına qarşı müqavimət mərkəzinə çevrilib.

Erin Əl-Usud və ya "Aslanlar Yuvası" qrupu İordan çayının qərb sahilində əsas müqavimət oxudur və gənclər birləşmiş müqavimətlə müxtəlif hərbi və təhlükəsizlik ölçülərində İsrail rejiminə meydan oxuyublar.

Fələstin Mücahidləri Briqadalarının sözçüsü Erin Əl-Usud və ya "Aslanlar Yuvası" müqavimət qruplaşmasının sionist rejimin təhlükəsizlik və hərbi sistemini darmadağın etdiyini bildirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-01-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap