header

 Fələstinlilər Kəfr Qasim cinayətinin ildönümündə yürüş keçiriblər

 Fələstinlilər Kəfr Qasim cinayətinin ildönümündə yürüş keçiriblər

Fələstinlilər bu gün səhər saatlarında Kəfr Qasım qətliamının 66-cı ildönümünü qeyd etmək üçün işğal olunmuş ərazilər daxilində yürüş keçiriblər.

Tashaio.com-ın məlumatına əsasən, 1956-cı il oktyabrın 29-da işğalçı Qüds rejiminin qüvvələri Kəfr Qasım kəndinə hücum edərək, gecənin qaranlığında evlərinə qayıdan kişi, qadın və uşaqları güllələyib və amansız cinayətləri sırasına daha bir cinayət əlavə ediblər.

1956-cı ildə Misirdə intensiv anti-sionist fəaliyyətlərin ardınca sionist rejim İngiltərə və Fransa ilə açıq əməkdaşlıq edərək, Misirə birgə hücum planlaşdırdı.

Kəfr Qasim kəndi Tulkərmin cənubundakı Qalqilya şəhəri yaxınlığında və işğal olunmuş Fələstin ilə İordan çayının qərb sahili arasındakı yaşıl xətt ərazisində yerləşir.

İştirakçılar 49 fələstinlinin həyatına son qoyan bu ağrılı qətliamın səbəbkarlarını, işğalçı liderləri unutmayacaqlarını və bağışlamayacaqlarını vurğulayaraq, pankartlar qaldırıblar.

Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS deyib: "Fələstin xalqımızın canlı yaddaşı 1956-cı ilin bu günündə işğalçı sionist rejimi və onun terrorçu dəstələri tərəfindən işğal olunmuş ərazilərdə, xüsusilə də Kəfr Qasım kəndində xalqımıza qarşı törədilmiş ən dəhşətli qətliamlardan birini xatırlayır". 

Fələstinlilər bu gün səhər saatlarında Kəfr Qasım qətliamının 66-cı ildönümünü qeyd etmək üçün işğal olunmuş ərazilər daxilində yürüş keçiriblər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-01-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap