header

 “Dağlıq Qarabağ probleminin həlli üçün yeni konsepsiya qəbul edilib”

 “Dağlıq Qarabağ probleminin həlli üçün yeni konsepsiya qəbul edilib”

Oktyabrın 29-da Ermənistanda hakim “Mülki Müqavilə” partiyasının qurultayında Qarabağ probleminin həlli ilə bağlı yeni konsepsiya təsdiq edilib.

Qurultayda çıxış edən parlamentin vitse-spikeri Ruben Rubinyan bu barədə məlumat verib.

“Dağlıq Qarabağ probleminə gəlincə, partiya onun həlli üçün yeni konsepsiya qəbul edir. Əgər əvvəllər Qarabağın statusu onların hüquq və təhlükəsizliyini təmin edən prioritet hesab olunurdusa, indi ermənilərin təhlükəsizliyi və hüquqları prioritet hesab edilir və status bu təminatlar sistemindən çıxarılır”, - o deyib.

Sülhün bərqərar olması partiyanın 2026-cı ilə qədər olan dövr üçün 3 prioritetlərindən biri adlandırılıb

Ruben Rubinyan bildirib ki, Türkiyə və Azərbaycanla qeyri-sabit münasibətlər “Ermənistanın təhlükəsizliyinə daimi təhdid mənbəyidir və bu, aradan qaldırılmalıdır”.

“Biz əminik ki, Ermənistanın və Dağlıq Qarabağın təhlükəsizliyini təmin etməyin yolu regionun bütün ölkələri, ilk növbədə Türkiyə, Azərbaycan, İran və Gürcüstanla birgəyaşayış formulunu hazırlamaqdan keçir.

Ermənistan öz qonşuları üçün təhlükə mənbəyi hesab edilməməlidir, onun qonşuları isə Ermənistan üçün təhlükə mənbəyi olmamalıdır”, - “Armenpress” agentliyi  Rubinyandan sitat gətirir.

Oktyabrın 29-da Ermənistanda hakim “Mülki Müqavilə” partiyasının qurultayında Qarabağ probleminin həlli ilə bağlı yeni konsepsiya təsdiq edilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-31-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap