header

 Azərbaycanlı ruhani RealTV-nin rəhbərinə etiraz etdi

 Azərbaycanlı ruhani RealTV-nin rəhbərinə etiraz etdi

Azərbaycanlı ruhani Mirşahinin söylədiklərinə etiraz etdi: “Dünya iki gündür, bir gün sənin leyhinə, digər gün isə əleyhinə”.

Tashaio.com-ın məlumatına əsasən, İlahiyyatçı Hacı Surxay Əhmədov REAL TV-də Əhli-beyt (ə) ünvanına səslənən aşağılayıcı ifadələrə münasibət bildirib. İlahiyyatçı İrana qarşı ritorik çıxış edən Mirşahin Ağayevin İmam Hüseyn (ə) və Həzrət Abbasın (s.ə.) adını hallandırmsına etiraz olaraq:  "Adam dinini kiminsə istəkləri üçün təhqir edib onu satmaz. Gün gələcək bu təhqiri səndən istəyənlər olmayacaq, ancaq sən məzarda tək məhz bu təhqirin üçün sorğu-sual olunacaqsan. Sən təhqir edə bilərsən, ancaq bir gün bu əməlinə görə məzarda mühakimə olunacaq tənha bir günlə mütləq üzləşəcəksən. Allah məzarda hər kəsdən imamının kim olmasını soruşacaq. O zaman bu suala hansı üzlə cavab verəcəyini düşün!"

Hacı Surxay əlavə edib ki, insan heç bir halda əqidəsini dünyaya satmamalıdır. Pul və dünya insanın münafiq olmasına dəyməz. Pul da, dünya da müvəqqətidir. İnsan unutmamalıdır ki, dünya iki gündür, bir gün sənin leyhinə, digər gün isə əleyhinə.

Azərbaycanlı ruhani Mirşahinin söylədiklərinə etiraz etdi: “Dünya iki gündür, bir gün sənin leyhinə, digər gün isə əleyhinə”.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-31-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap