header

 Separatçılar “istiqlal” və Rusiyadan ‘təhlükəsizliyə təminat’ istəyiblər

 Separatçılar “istiqlal” və Rusiyadan ‘təhlükəsizliyə təminat’ istəyiblər

Oktyabrın 30-da Azərbaycanın Rusiya sülhyaratma kontingentinin nəzarətində olan Qarabağ bölgəsində kütləvi aksiya keçirilib.

Tashaio.com-ın məlumatına əsasən, separatçı qurumun nümayəndələri aksiya zamanı Rusiyadan “Qarabağ xalqının təhlükəsizliyini təmin etmək üzrə öhdəliklərini yerinə yetirməyi” xahiş ediblər.

Rusiyaya müraciətdə Moskvaya bu məqsədlə “əlavə siyasi və hərbi mexanizmlər” tətbiq etmək təklif olunub.

Müraciətdə həmçinin Qarabağın Azərbaycanın tərkibində olmayacağı tezisi yer alıb. O da vurğulanıb ki, “Ermənistanda heç bir hökumətin Qarabağ xalqının təhlükəsizliyini təmin etmək missiyasından əl çəkməyə və hər hansı sənədə baxmağa haqqı yoxdur”.

 

Qarabağdakı kütləvi tədbir Rusiyanın Soçi şəhərində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin bu gün gözlənilən görüşündən bir gün öncə keçirilib.

Rusiya prezidenti Vladimir Putin ötən həftə Valday Forumundakı çıxışında deyib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin “Vaşinqton variantı” Qarabağ üzərində Bakının suverenliyini nəzərdə tutur. Onun sözlərinə görə, hansı variantı seçmək Ermənistanın, erməni xalqının və Ermənistan rəhbərliyinin öz işidir.

Qarabağ münaqişəsinin artıq bitdiyini iddia edən Azərbaycan hakim rejimi isə hələlik, Putinin son bəyanatına münasibət bildirməyib.

Ötən aylarda İlham Əliyev Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyadan başqa yolu olmadığını söyləyib. Bunun müqabilində Ermənistan rəhbərliyi Azərbaycanı Xankəndindəki qondarma rejimlə birbaşa danışıqlara çağırır.

Bu minvalla Bakıdakı iqtidarın Qarabağla bağlı nailiyyətlərinin getdikcə şübhə altına alındığı üzə çıxır.

Oktyabrın 30-da Azərbaycanın Rusiya sülhyaratma kontingentinin nəzarətində olan Qarabağ bölgəsində kütləvi aksiya keçirilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-31-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap