header

 AİP müqəddəslərimizin REAL TV-də təhqir olunması ilə bağlı bəyanat yayıb

 AİP müqəddəslərimizin REAL TV-də təhqir olunması ilə bağlı bəyanat yayıb

Azərbaycan İslam Partiyası müqəddəslərimizin REAL TV-də təhqir olunması ilə bağlı bəyanat yayıb

Tashaio.com-ın məlumatına əsasən, AİP-in bəyanatında deyilir: "Bu günlərdə REAL televiziya kanalının rəhbəri Mirşahin Ağayev milyonlarla televiziya tamaşaçısının gözü qarşısında İslam müqəddəslərini təhqir etmişdir. M.Ağayev Azərbaycan Respublikası Kontitusiyasının 18-ci maddəsinin 3-cü bəndini kobudcasına pozaraq  95 faizi müsəlman olan  Azərbaycan xalqının dini inancını, əqidəsini, İslam dininin müqəddəs şəxsiyyətlərini məsxərəedici sözlərlə aşağılamışdır. Azərbaycan İslam Partiyası Mirşahin Ağayevin atdığı addımı siyasi avantyüra hesab edir və bunu ölkəmizdə siyasi stabilliyin pozulması, dini qarşıdurma yaratmaq, cəmiyyəti parçalamaq, qarşılıqlı qəzəb və nifrət oyatmaq cəhdi kimi qiymətləndirir. Hesab edirik ki, bu bir mənəvi cinayətdir və şəxsə qarşı cinayət işi qaldırmaq zərurəti yaradır".

Bəyanatda qeyd olunur ki, dövlət başçısının adı arxsında gizlənən Mirşahin Ağayevin hədəfə götürdüyü məqsəd həm də  ölkənin və onun başında duran şəxslərin müsəlman dünyasında nüfuzdan salmağa xidmət edir. Ona görə də M.Ağayev haqqında ciddi araşdırılma aparılaraq cinayət məsuliyyətinə cəlb edilməlidir.

Azərbaycan İslam Partiyası müqəddəslərimizin REAL TV-də təhqir olunması ilə bağlı bəyanat yayıb
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-29-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap