header

 Hindistan ABŞ-ın istəyi ilə Ermənistana silah verir

 Hindistan ABŞ-ın istəyi ilə Ermənistana silah verir

Hindistanın bütün silahlarını Rusiyadan alan Ermənistana silah satması birmənalı qarşılanmır.

Tashaio.com-ın məlumatına əsasən, Axar.az portalı xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda ölkəsinə xarici dövlətlərin silah satışından imtina etdiyini bildirmişdi. Belə bir vəziyyətdə Ermənistanın Hindistandan “Pinaka” reaktiv atəş sistemi, habelə Sovet-Rusiya modelli “Konkurs” tank əleyhinə raketlərinin alınmasına dair saziş imzalaması diqqət çəkməyə bilməz. Həm də əvvəlcə bu sazişin dəyərinin 244 milyon dollar olduğu bildirilsə də, indi 260 milyona qalxdığı deyilir.

Hazırda Ermənistan Hindistandan PUA və dron kamikadze, həmçinin “Akaş” zenit-raket kompleksi almaq üçün danışıqlar aparır. Bununla bağlı müzakirələr Ermənistan müdafiə naziri Suren Papikyanın Hindistana səfəri zamanı gündəmə gətirilmişdi.

“Pinaka” Hindistanın ən qabaqcıl silahlarından sayılır.

Erməni ekspertlər deyirlər ki, Hindistan hökuməti rəqibi Pakistanın Azərbaycanı dəstəkləməsinə cavab olaraq Ermənistanı silahlandırmaqda maraqlıdır.

Məqalədə qeyd olunur ki, Hindistan silah istehsalında “Rusiya standartlarına” yaxındır və bu baxımdan Hindistanın Ermənistana silah satışına ABŞ-ın razılığı gündəmə gəlir və ABŞ Ermənistanı Rusiyanın təsir dairəsindən tədricən çıxarmaq üçün addımlarını sürətləndirir.

Bu arada Ermənistan müxalifəti iddia edir ki, ABŞ Nikol Paşinyana Rusiya ordusunu ərazisindən çıxaracağı təqdirdə dərhal 20 milyard dollar yardım ayıracağını vəd edib. Ehtimal olunur ki, Hindistan ABŞ-ın razılığı ilə regiona daxil edilir.

Hindistanın bütün silahlarını Rusiyadan alan Ermənistana silah satması birmənalı qarşılanmır.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-24-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap