header

 İranın şimal-qərbində, SEPAH-ın təlim bölgəsində güclü artilleriya atəşi

 İranın şimal-qərbində, SEPAH-ın təlim bölgəsində güclü artilleriya atəşi

İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın quru qoşunlarının artilleriya və raket bölmələri əməliyyat qüvvələrinə dəstək verməklə yanaşı, güclü atəş açaraq şərti düşmənin mövqelərini və istehkamlarını məhv ediblər.

Tashaio.com-ın məlumatına əsasən, oktyabrın 17-də İranın Şərqi Azərbaycan və Ərdəbil vilayətlərinin şimalında və Araz bölgəsinin ümumi ərazisində regional Aşura Qərargahının komandanlığı ilə İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Ququ Qoşunlarının hərbi təlimlərinin əsas mərhələsi başlayıb. 

İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Quru Qoşunlarının komandanı briqada generalı "Məhəmməd Pakpur"un sözlərinə görə,  hava-desant əməliyyatı, gecə hücumu əməliyyatı, helikopterlərin döyüş əməliyyatı, döyüş və kamikadze pilotsuzları əməliyyatı, həmçinin Araz çayı üzərində körpü inşaetmə əməliyyatı, qovşaq yollarının ələ keçirilib, nəzarətə alınması, yüksəkliklərin ələ keçirilməsi və hücum təxribatları bu hərbi təlimlərin müxtəlif bölmələrindəndir.

SEPAH-ın quru qoşunlarının artilleriya və raket bölmələri 122, 130 və 155 millimetrlik toplar və reaktiv yaylım atəşi sistemləri və dəqiq raketlər, həmçinin ağıllı güllələrdən istifadə etməklə əvvəlcədən müəyyən edilmiş hədəfləri uğurla məhv ediblər. 

Bu təlimdə ilk dəfə olaraq çay üzərində qoşun və texnikanın hərəkəti üçün üzən körpünün quraşdırılması məşq edilib.

SEPAH-ın quru qoşunlarının ixtisaslaşdırılmış bölmələri də təhlükəsizlik və müdafiə ssenarilərini kombinə edilmiş şəkildə həyata keçiriblər. 

İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın quru qoşunlarının artilleriya və raket bölmələri əməliyyat qüvvələrinə dəstək verməklə yanaşı, güclü atəş açaraq şərti düşmənin mövqelərini və istehkamlarını məhv ediblər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-20-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap