header

 Corc Dik mürtəd yazıçı ilə həmrəyliyini elan etdi; İran səfiri cavab verdi

 Corc Dik mürtəd yazıçı ilə həmrəyliyini elan etdi; İran səfiri cavab verdi

İsrail səfiri özünü Salman Rüşdiyə bənzədib. Sionist rejimin Azərbaycan Respublikasındakı səfiri Corc Dik son tvitində iranofobiya təbliğatına köklənərək İranı şərləməyə çalışıb və eyni zamanda özündən məzlum obrazı yaratmaq istəyib.

Dövlət terrorizminin təmsilçisi kimi tanınan İsrail rejiminin səfiri yazıb: "İran məni də terrorla hədələdi. Bu, mənim Salman Rüşdinin bıçaqlanması olan münasibətimdir."   

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi isə uşaq qatili olan rejimin səfirinin bu məlum tvittinə cavab verib:

“Sionist rejimin səfirinin yeni şeytan tamaşasına cavab: Mürtədlik və İlhai peyğəmbərləri təhqir etmənin şəriət hökmü var ki şübhəsiz sənin beyinin onu dərk etməkdən acizdir. Amma İranın ərazi bütövlüyünə qarşı məkirli plan qırmızı xətdir və nəinki sən (macəraçı oğlancıq) hətta səni dolandıranlar belə onun nəticələrini bilirlər. “- Seyid Abbs Musəvi Tvitterdə yazıb.

Qeyd edək ki, 1.5 milyard müsəlmanın inancını təhqir edən mürtəd yazar ABŞ-da sui-qəsdə məruz qalıb və rəsmi Tehran bununla bağlı irəli sürülmüş ittihamları rədd edərək yazarı bıçaqlayan şəxsin İranla  heç bir əlaqəsinin olmadığını bildirib. Bununla belə sionistlər dünya ictimaiyyətinin diqqətini Fələstində və Qızzədə törətdikləri cinayətlərdən yayındırmaq üçün Salman Rüşdinin terror edilməsindən İran İslam Respublikasının əleyhinə bir propaqanda kimi  faydalanmaq istəyirlər.

İsrail səfiri özünü Salman Rüşdiyə bənzədib. Sionist rejimin Azərbaycan Respublikasındakı səfiri Corc Dik son tvitində iranofobiya təbliğatına köklənərək İranı şərləməyə çalışıb və eyni zamanda özündən məzlum obrazı yaratmaq istəyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-17-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap