header

 Rusiya hərbçiləri erməni deputatları Laçına buraxıb

 Rusiya hərbçiləri erməni deputatları Laçına buraxıb

Rusiya hərbçiləri Köçəryan və Sərkisyan tərəfdarları olan deputatları Laçına buraxıb.

Tashaio.com-ın məlumatına əsasən, erməni nəşri yazır ki, bu ilin yazında Fərruxdakı yüksəkliklərin Azərbaycan ordusu tərəfindən azad edilməsindən sonra baş vermiş insidentin, yəni bir qrup deputatın Laçın keçid məntəqəsindən geri qaytarılmasının təkrarlana biləcəyi qorxusuna rəğmən Ermənistan parlamentinin üzvləri bu dəfə dövlət sərhədindən maneəsiz keçiblər.

Bununla əlaqədar eks-prezident Robert Koçaryanın lideri olduğu "Hayastan" bloku üzvlərindən öncə digər eks-prezident Serj Sərkisyanın liderlik etdiyi “Şərəf duyuram” fraksiyasının üzvü Tiqran Abramyanın da Qarabağa yollandığı bildirilir.

Azərbaycan torpağına daxil olan erməni deputatlar arasında daha beş deputat da var. Onların Zabuğa və Laçın şəhərinə səfərləri nəzərdə tutulub.

Hraparak qəzeti yazır ki, bu gün onlar Xankəndində görüşlər keçirəcək. Lakin deputatlar səfərin təfərrüatlarını açıqlamamağa çalışırlar.

Belə çıxır ki, bu dəfə Rusiyanın Laçındakı keçid məntəqəsindəki hərbçiləri Ermənistan deputatlarını Zabuxa, Laçın şəhərinə və Xankəndində maneəsiz buraxıblar.

Rusiya hərbçiləri Köçəryan və Sərkisyan tərəfdarları olan deputatları Laçına buraxıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-13-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap