header

 Əcnəbi silahlı qüvvələrin Xəzər dənizində iştirak etməmələrinə təkid edilir

 Əcnəbi silahlı qüvvələrin Xəzər dənizində iştirak etməmələrinə təkid edilir

Xəzəryanı ölkələrin dövlət başçılarının altıncı sammiti yekun bəyanatı yaymaqla öz işini başa vurub. Bəyanat/ əcnəbi silahlı qüvvələrin Xəzər dənizində iştirak etməmələrinə təkid də daxil olmaqla beştərəfli əməkdaşlıq üzrə ən mühüm mövzuları və tərəfləri maraqlandıran məsələləri əhatə edir.

Tashaio.com-ın məlumatına əsasən, İran İslam Respublikası, Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan Respublikasına şamil olan xəzəryanı ölkələrin dövlət başçılarının altıncı sammiti çərşənbə günü axşam Aşqabadda işə başlayıb.

Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə görüşü Türkmənistanın ozamankı prezidenti Səfərmurad Niyazovun təklifi və Xəzər dənizinin hüquqi statusunu təyin etmək məqsədi ilə ilk dəfə 2002-ci ilin mayında Aşqabadda keçirilib. Sammitdə İran İslam Respublikası, Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan Respublikasının ozamankı prezidentləri iştirak ediblər. İkinci sammit isə 2007-ci il oktyabrın 15-də Tehranda keçirilib.

Çərşənbə günü gecə yayılan bəyanatda qeyd edilib ki, İran, Türkmənistan, Rusiya, Azərbaycan Respublikası və Qazaxıstanın dövlət başçıları dostcasına və etimadla dolu bir mühitdə Xəzər dənizində beştərəfli əməkdaşlığın ən mühüm mövzuları, həmçinin tərəfləri maraqlandıran əsas regional və beynəlxalq məsələləri araşdırıblar.

Bəyanatda deyilir: Prezidentlər xəzəryanı ölkələrin 2002-ci ildə Aşqabadda, 2007-ci ildə Tehranda, 2010-cu ildə Bakıda, 2014-çü ildə Həştərxanda və 2018-ci ildə Aktauda keçirilmiş zirvə görüşlərinin qərarlarının əhəmiyyətini və onların səmərəli şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Prezidentlər Xəzər dənizinin hüquqi statusu barədəki 2018-ci il 12 avqust tarixli konvensiyanın imzalanmasını mühüm adlandırıblar.

Beynəlxalq hüquqa və BMT nizamnaməsinin prinsip və qaydalarına sədaqəti təsdiqləyən bəyanatda, sahilyanı ölkələr, Xəzər dənizi bölgəsinin dünyadakı artan roluna əsasən, regional təhlükəsizlik və sabitliyin qorunması, qarşılıqlı faydalı iqtisadi həmkarlıqların gücləndirilməsi, ətraf mühitin təhlükəsizlyinin təmini, mədəni, humanitar və elmi əlaqələrin və digər əməkdaşlıqların genişləndirilməsinə hazır olduqlarını bildiriblər.

Bəyanata əsasən, Xəzər müzakirələri prosesinin prioritetli vəzifəsi, Xəzər dənizində birbaşa mənşə xətlərinin beştərəfli formada təyin edilməsi qaydası barədəki müqavilənin ilkin mətninin tez bir zamanda razılaşdırılmasıdır.

Prezidentlər xəzəryanı ölkələrin əməkdaşlıqlarının hüquqi əsaslarının formalaşması prosesindən razılıq və bu istiqamətdəki fəaliyyətlərin davam etdirilməsi vacibliyini qeyd ediblər.

Yekun bəyanatına əsasən, prezidentlər, xəzəryanı ölkələrin hazırkı mərhələdəki mühüm vəzifələrindən birinin,/ infeksion xəstəliklərin yayılmasına reaksiya, fövqəladə səhiyyə və epidemioloji vəziyyətin profilaktikası üzrə səylərin artan əlaqələndirilməsi olduğunu bildiriblər.

Prezidentlər qeyd ediblər ki, Xəzər dənizi sülh, razılaşma, dinc yanaşı yaşama və səmərəli beynəlxalq əməkdaşlıq dənizidir. Onlar Xəzər dənizində hərbi sahədə anlaşmanın önəminə işarə ediblər.

Üzvlər qeyd ediblər ki, xəzəryanı ölkələrin dövlət başçılarının zirvə görüşlərinin müntəzəm şəkildə keçirilməsi,/ nəzərdə tutulan məqsədlərin reallaşması istiqamətində birgə yanaşmaların işlənib hazırlanması, regional inkişaf və Xəzər dənizində əməkdaşlıq prioritetlərinin təyin edilməsi imkanını yaradır.

Bu sammitlərin müntəzəm şəkildə keçirilməsi ənənəsinə dəstək verən üzvlər Aşqabad sammitinin yüksək səviyyədə keçirilməsinə görə minnətdarlıq ediblər. Razılaşıblar ki, xəzəryanı ölkələrin dövlət başçılarının yeddinci sammiti razılaşdırılmış zamanda İran İslam Respublikasında keçirilsin.

Xəzəryanı ölkələrin dövlət başçılarının altıncı sammiti yekun bəyanatı yaymaqla öz işini başa vurub. Bəyanat/ əcnəbi silahlı qüvvələrin Xəzər dənizində iştirak etməmələrinə təkid də daxil olmaqla beştərəfli əməkdaşlıq üzrə ən mühüm mövzuları və tərəfləri maraqlandıran məsələləri əhatə edir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-30-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap