header

 Sionist İsrail ilə əlaqə qurmaq cinayət hesab olunur

 Sionist İsrail ilə əlaqə qurmaq cinayət hesab olunur

İraq Prezidenti Bərhəm Saleh İsraillə münasibətlərin normallaşdırılmasını qadağan edən qanunu ratifikasiya edib.

Tashaio.com-ın məlumatına əsasən, İraq prezidenti parlament tərəfindən İsraillə münasibətlərin normallaşdırılmasını cinayət hesab edən qanunu qəbul edib. Prezidentin nümayəndələri onun mövqeyini təsdiqləyiblər.

Qeyd edək ki, bir ay əvvəl İraqın parlamenti İsraillə münasibətlərin normallaşdırılmasını qadağan edən qanun qəbul edib.

Bir ay əvvəl İraqın qanunvericilik orqanı olan Nümayəndələr Şurası İsraillə münasibətlərin normallaşdırılmasını qadağan edən qanun qəbul edib. 275 deputatın iştirak etdiyi iclasda qətnamə səs çoxluğu ilə qəbul edilib. Deputatlar yekdilliklə sionist rejimlə münasibətlərin normallaşmasına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinə səs veriblər.

Yeni qanuna əsasən, İsrail ilə əlaqə qurmaq, normallaşma ilə yanaşı, əməkdaşlıq etmək də cinayət hesab ediləcək.

İsrail ilə siyasi-diplomatik əlaqələr quranları ömürlük həbs, yaxud da ölüm cəzası gözləyir.

Həmçinin, bir müddət əvvəl İraq parlamentariləri Ərəb Dövlətləri Liqasına müraciət edərək, rəsmi sənədlərdə İsrail adının işlədilməsindən çəkinməyi tövsiyyə ediblər.

İraq Prezidenti Bərhəm Saleh İsraillə münasibətlərin normallaşdırılmasını qadağan edən qanunu ratifikasiya edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-29-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap