header

 Müəllimə şiddətli töhmət verildi +VİDEO

 Müəllimə şiddətli töhmət verildi +VİDEO

Yevlaxda məktəbdə şagirdlərə "Salam Fərmandeh" mahnısını öyrədən müəllimə şiddətli töhmət verilib.

Tashaio.com-ın məlumatına əsasən, Mərkəzi Aran Regional Təhsil İdarəsi Yevlaxda orta məktəbdə müəllimin şagirdlərə dini mahnı öyrətdiyi görüntülərlə bağlı açıqlama yayıb.

Bildirilir ki, məktəbin riyaziyyat müəllimi dərsdən sonra 4 uşağa dini mahnı oxudaraq onları videolentə alıb. Məsələ ilə bağlı araşdırma aparılıb və məktəbdə təlim-tərbiyə prosesini, idarəetməni düzgün təşkil etmədiyinə görə təhsil müəssisəsinin direktoruna töhmət verilib. Həmçinin tədris proqramına və fənninə aid olmayan materialları təbliğ etdiyinə görə müəllimə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Qeyd edək ki, görüntülərin Yevlax rayonundakı məktəblərin birində çəkildiyi güman olunur. Videoda müəllim şagirdlərlə birlikdə İmam Zamana (əc) həsr olunmuş “Salam fərmandeh” mahnısını ifa edir. Bu video sosial şəbəkələrdə əhli-beytsevər insanlar arasında böyük rəğbətlə qarşılansa da, bir sıra dünyəviçi və qərbpərəst fiqurları qıcıqlandırıb. 

 

Yevlaxda məktəbdə şagirdlərə "Salam Fərmandeh" mahnısını öyrədən müəllimə şiddətli töhmət verilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-29-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap