header

 Putin Belarusa "İsgəndər" raket sistemləri göndərir

 Putin Belarusa "İsgəndər" raket sistemləri göndərir

Rusiya prezidenti Vladimir Putin şənbə günü Belarus prezidenti Aleksandr Lukaşenko ilə San-Peterburq şəhərində keçirilən bir televiziya proqramında "İsgəndər-M" raket sistemlərinin Belarusa təhvil veriləcəyindən xəbər verib.

Tashaio.com-ın məlumatına əsasən, Putin deyib ki, onun ölkəsi yaxın bir neçə ay ərzində bu modern raket sistemlərini Belarusa göndərəcək.

Lukaşenko da bildiribdir ki, qonşuları Litva və Polşanın təcavüzkar siyasətlərindən narahatdır.

O, Putindən Şimali Atlantika Müqaviləsi Təşkilatı- NATO-nun qarşısında bu ölkəyə kömək və Belarus təyyarələrini nüvə potensialı ilə təchiz etməsini istəyib.

Putin deyib: Hal-hazırda NATO-ya və onun müttəfiqlərinə qarşı qarşılıqlı tədbirlər görməyə ehtiyac yoxdur, lakin Suxoy-25 qırıcı təyyarələri Belarusun hava donanmasına əlavə edilə bilər.

Putin vəd edibdir ki, istiqamətləndirilən "İsgəndər-M" raket sistemlərinin göndərilməsindən əlavə, «İsgəndər SS-26 Ston» tipli digər bir raket sistemi də Belarusun ixtiyarına veriləcək.

Rusiya prezidenti Vladimir Putin şənbə günü Belarus prezidenti Aleksandr Lukaşenko ilə San-Peterburq şəhərində keçirilən bir televiziya proqramında "İsgəndər-M" raket sistemlərinin Belarusa təhvil veriləcəyindən xəbər verib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-26-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap