header

 İranlı yardımçılar Əfqanıstanın zəlzələdən zərər çəkmiş rayonlarında

 İranlı yardımçılar Əfqanıstanın zəlzələdən zərər çəkmiş rayonlarında

İran İslam Respublikasından bir qrup xilasedici Əfqanıstanın zəlzələdən zərər çəkmiş rayonlarında zərərçəkənlərə yardım göstərməkdədir.

Tashaio.com-ın məlumatına əsasən, bir neçə gün bundan əvvəl Əfqanıstanın şərqində yerləşən "Pəktika" və "Xost" vilayətlərinin müxtəlif bögələrində baş verən zəlzələ nəticəsində min beş yüzdən çox insan həlak oldu, iki min nəfər isə yaralandı.

On beş operativ yardımçı və üç ehtiyat işçi İran İslam Respublikasından bölgədə iştirak edən ilk yardım qrupudur.

İran İslam Respublikasının Quruculuq Səfərbərliyi Təşkilatının məsul şəxsi general-pasdar Məhəmməd Zəhrayi Əfqanıstanın zəlzələdən zərər çəkmiş xalqına yardım üçün İrandan yüz on ixtisaslaşdırılmış yardım qrupunun göndərilməyə hazır olduğunu bildirib.

İran, Qətər və Pakistan/ Əfqanıstanın zəlzələdən zərər çəkmiş xalqına öz yardımlarını göndəriblər.

Belə bir halda, bir çox beynəlxalq agentlik Əfqanıstanda baş vermiş zəlzələdə salamat qalanlara təcili yardımların təşkil edilməsi sahəsində ləng hərəkət edir.

Taliblərin 2021-ci ilin avqust ayının ortalarında Əfqanıstanda hakimiyyətə gəldikləri zaman bu ölkəyə qarşı ağır sanksiyalar tətbiq edən Amerika bu ölkədəki insan böhranı ilə bağlı xəbərdarlıqlara rəğmən, hər cür yardımın çatdırılmasına daima mane olub və olmaqdadır.

İran İslam Respublikasından bir qrup xilasedici Əfqanıstanın zəlzələdən zərər çəkmiş rayonlarında zərərçəkənlərə yardım göstərməkdədir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-26-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap