header

 Ərəbistandakı siyasi məhbusların ağır şəraiti

 Ərəbistandakı siyasi məhbusların ağır şəraiti

Londonda çıxan «İndipendent» qəzeti Ərəbistandakı siyasi məhbusların ağır şəraitindən yazıb.

Tashaio.com-ın məlumatına əsasən, Ərəbistan insan hüquqları sahəsində qara dosyaya malikdir. Ötən illər ərzində Ərəbistanın içində dini azlıqların qanuni tələblərinin yatırılması, siyasi və insan hüquqları fəallarının həbs edilmələri, məcburi yoxaçıxma, özbaşına həbslər, işgəncə, qanundankənar edamlar barədə çox sayda məlumat çölə sızıbdır.

Beynəlxalq hüquq təşkilatları Ali-Səudun hüquq və azadlıqlara qarşı vəhşicəsinə hərəkətlərdə tam şəkildə məsuliyyət daşıdığını bildirir və Ərəbistan xalqına qarşı əsassız ittiham və repressiyalara sonqoyma zərurətinə təkid edirlər.

Londonda çıxan «İndipendent» qəzeti bir reportajda bildirib: «Qrant Liberti» müəssisəsi tərəfindən aparılan araşdırma göstərir ki, səud vəliəhdi Məhəmməd bin Salmanın hökmranlığı dövründə əqidəsini ifadə etmək səbəbindən 311 nəfər həbs olunub və öz həbs müddətində işgəncəyə və cinsi zorakılığa məcbur qalıbdır.

Qəzet yazır: Bu insan hüquqları müəssisəsinin tədqiqatçıları vurğulayıblar ki, əlli üç məhbus işgəncə edilib. Belə bir halda, altı nəfər cinsi zorlamaya məruz qalıb, on dörd nəfər də aclıq aksiyası keçirməyə məcbur oluibdur.

Həmçinin on bir nəfəri hələ zindanın barmaqlıqları arxasında olan qadın hüquqları üzrə 23 aktivistin şəraiti araşdırılıb və 54 müxbir də həbsdədir.

Londonda çıxan «İndipendent» qəzeti Ərəbistandakı siyasi məhbusların ağır şəraitindən yazıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-25-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap