header

 Qüdrət Həsənquliyev: “Azərbaycan ordusu Zəngəzuru götürməlidir”

 Qüdrət Həsənquliyev: “Azərbaycan ordusu Zəngəzuru götürməlidir”

Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Ermənistanın ərazi bütövlüyünü pozaraq onun Sünik rayonunun hərbi yolla ələ keçirilməsinə çağırıb.

Tashaio.com-ın məlumatına əsasən, Qüdrət Həsənquliyev Poliqon portalına verdiyi müsahibədə deyib: “Azərbaycanın təhlükəsizlik və həyati mənafeləri tələb edir ki, Naxçıvanı Azərbaycanın digər hissəsinə birləşdirək. Həm də bu, artıq Ermənistanın öhdəliyiyidir. Ermənistan özü üçtərəfli 10 noyabr sazişini yerinə yetirmirsə, Azərbaycan onu məcbur edə bilər. Bu zaman Rusiya ilə sözsüz ki, bağlı qapılar arxasında müəyyən məsələlər danışılmalıdır, bundan sonra Azərbaycan Zəngəzuru azad etməlidir.”

Deputat bununla belə qeyd edib ki, o torpaqları Azərbaycana birləşdirmək niyyəti yoxdur. “Sadəcə olaraq o torpaqları götürürük, kommunikasiyalar açılır, müqavilənin şərtləri yerinə yetirilirr. Ermənistanın etmədiyini onlara məcburi qaydada icra etdiririk. Sonra isə əsgərlərimiz həmin əraziləri ruslara təhvil verir”, - deyə Qüdrət Həsənquliyev sözlərinə əlavə edib.

Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Ermənistanın ərazi bütövlüyünü pozaraq onun Sünik rayonunun hərbi yolla ələ keçirilməsinə çağırıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-25-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap