header

 Misir-Ərəbistan birgə bəyanatı

 Misir-Ərəbistan birgə bəyanatı

Ərəbistanın vəliəhdi Məhəmməd bin Salmanın Misirə səfərinin sonunda iki ölkə birgə bəyanat yayıb. Tərəflər bu bəyanatda Suriya böhranının həlli və Fələstin-sionist rejim münaqişəsinin ədalətli həllinə nailolmanın önəmini vurğulayıblar.

Tashaio.com-ın məlumatına əsasən, Misir-Ərəbistan birgə bəyanatında tərəflər bütün siyasi məsələlərdə əməkdaşlıqların gücləndirilməsi/ və onların təhlükəsizlik və sabitliklərini qoruyacaq ortaq mövqelərin işlənib hazırlanması üzrə səydə öz əzmkarlıqlarına təkid ediblər. İki tərəf habelə bütün iki və çoxtərəfli məsələlər barədə məşvərət və koordinasiyanın davam etdirilməsinin önəmini vurğulayıb.

Bəyanata əsasən, tərəflə Fələstin məsələsi də daxil olmaqla regional və beynəlxalq məsələləri nəzərdən keçirib və Fələstin-İsrail rejimi münaqişəsinin hərtərəfli və ədalətli həllinə nail olmaq üçün səyləri artırmağa çağırıblar.

Yəmən məsələsinə gəlincə, hər iki tərəf böhranın əhatəli siyasi həllinə nail olmaq məqsədilə beynəlxalq və regional səyləri tam şəkildə himayə etdiyini iddia edib və Yəmənin Prezident Rəhbərlik Şurasına dəstəyini vurğulayıb.

İraq məsələsində isə tərəflər ümidvar olduqlarını bildiriblər ki, İraqdakı müxtəlif siyasi partiyalar və qruplar təhlükəsizliyə, sabitliyə və terror təşkilatları ilə mübarizəyə şərait yaradacaq və İraqın digər ərəb ölkələri ilə əlaqələrini gücləndirəcək əhatəli bir hökumət təşkil etmək istiqamətində bir həll yoluna nail olacaqlar.

Livan məsələsinə gəlincə, həm Ərəbistan, həm də Misir Livanın ərəb mahiyyəti, təhlükəsizliyi və sabitliyinin qorunması üzrə səylərin davam etdirilməsi, Livanın dövlət qurumlarının rolunun himayə olunması, Livan böhranının aradan qaldırılması və terrorizmlə mübarizəyə lazım olan islahatların aparılmasına təkid ediblər.

Suriya məsələsində də iki tərəf Suriya xalqının tələblərinin yerinə yetirilməsi və bu ölkənin birliyi və ərazi bütövlüyünün qorunub saxlanılması əsas götürülməklə Suriya böhranının siyasi həllinə nailolmanın önəmini vurğulayıbdır.

Ərəbistanın vəliəhdi Məhəmməd bin Salmanın Misirə səfərinin sonunda iki ölkə birgə bəyanat yayıb. Tərəflər bu bəyanatda Suriya böhranının həlli və Fələstin-sionist rejim münaqişəsinin ədalətli həllinə nailolmanın önəmini vurğulayıblar.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-22-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap