header

 Türkiyədə genişmiqyaslı meşə yanğını baş verib

 Türkiyədə genişmiqyaslı meşə yanğını baş verib

Türkiyənin Muğla bölgəsinin Marmaris rayonunda dünən başlayan meşə yanğını gecə saatlarında lokallaşdırılsa da, yenidən alovlanıb.

Tashaio.com-ın məlumatına əsasən Türkiyənin NTV kanalı xəbər verir ki, Bördübet ərazilərində yanğının söndürülməsinə həm yerdən, həm də havadan müdaxilə edilir.

250 hektar ərazini əhatə edən yanğının söndürülməsinə 20 helikopter və 14 təyyarə cəlb olunub.

Yanğının qarşısının alınmasında ümumilikdə 1494 yanğınsöndürən, 363 yanğınsöndürən maşın və 39 texnika iştirak edir.

Daxili işlər naziri Süleyman Soylu, kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi və digər rəsmi şəxslər yanğın bölgəsindədir.

Yanğının səbəbləri hələlik məlum deyil. Dronlar tərəfindən aşkarlanan yanğın küləyin təsiri nəticəsində qısa müddətdə böyük əraziyə yayılıb.

Yanğın təhlükəsi ilə əlaqədar 30 ev təxliyə edilib.

Daxili işlər naziri Soylu yanğının sabotaj olması ehtimalının araşdırıldığını bildirib.

Türkiyənin Muğla bölgəsinin Marmaris rayonunda dünən başlayan meşə yanğını gecə saatlarında lokallaşdırılsa da, yenidən alovlanıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-22-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap