header

 Tiflisdə məhbus ruhanilərə dəstək aksiyası keçirilib

 Tiflisdə məhbus ruhanilərə dəstək aksiyası keçirilib

Gürcüstan paytaxtı Tiflisdə bir qrup azərbaycanlı gənc Azərbaycan Respubliksı səfirliyi qarşısına toplaşaraq dövlət məmurları tərəfindən Allaha qarşı küfr edilməsi və ruhanilərin həbsinə etiraz edib.

Tashaio.com-ın məlumatına əsasən,Aksiya iştirakçıları əllərində ruhanilər Tale Bağırzadə, Mövsum Səmədov və Abgül Süleymanovun fotoşəkillərini eləcə də üzərində gürcü,Azərbaycan və ingilis dillərində həbsdə olan ruhanilərə dəstək məzmunlu yazılar yazılmış plakatlar tutaraq Azərbaycan Respublikası hökumətinə səsləniblər.

“Ruhaniləri azad et”, “Allaha təhqirə son” kimi şuarlar verən aksiyaçılar öz etirazlarını dinc şəkildə bildirdikdən sonra dağılışıblar.

Xatırladaq ki, Azərbaycan Respublikası həbsxana rəsmilərinin Allahı təhqir etmələrinə etiraz əlaməti olaraq həbsdə olan tanınmış ruhani Tale Bağırzadə aclıq aksiyası keçirir.

Dövlət məmurlarının dini müqəddəslərə qarşı neqativ münasibəti eləcə də həbsdə olan ruhanilərin psixoloji işgəncələrə məruz qalması Azərbaycan cəmiyyətində də ciddi reaksiyalara səbəb olub.

Gürcüstan paytaxtı Tiflisdə bir qrup azərbaycanlı gənc Azərbaycan Respubliksı səfirliyi qarşısına toplaşaraq dövlət məmurları tərəfindən Allaha qarşı küfr edilməsi və ruhanilərin həbsinə etiraz edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-22-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap