header

 Gürcüstanda Azərbaycan kəndinin lövhələri dağıdılıb

 Gürcüstanda Azərbaycan kəndinin lövhələri dağıdılıb

Gürcüstanın Qardabani rayonunun Muğanlı kəndinin adı yazılan lövhələrə qarşı vandalizm törədilib.

Tashaio.com-ın Report.az-a istinadən verdiyi məlumata görə,bir lövhə odlu silahdan atəşə tutulub, digərinin üzərindəki kəndin adı isə boya ilə rənglənərək görünməz hala salınıb.

Məlumatda deyilir ki, lövhələrdən biri iki ay əvvəl güllə ilə deşik-deşik edilib, yararsız hala salınıb. İkinci lövhəyə qarşı vandalizm faktı isə bu günlərdə baş verib.

Təxribatın kəndin lövhədəki Azərbaycan dilində olan adını hədəfə aldığı təxmin edilir.

Məsələ ilə bağlı aidiyyəti qurumlar və polis məlumatlandırılıb.

Hər iki lövhənin hazırkı vəziyyətini əks etdirən fotoşəkillər sosial şəbəkələrdə yayılıb. Azərbaycanlılar vandalizmə əl atanların müəyyən olunaraq cəzalandırılmasını tələb edirlər.

Gürcüstanın Qardabani rayonunun Muğanlı kəndinin adı yazılan lövhələrə qarşı vandalizm törədilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-20-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap