Sionistlərin iki avtobusu yanıb
Sionistlərin iki avtobusu yanıb
Posted on : Digər sahələr 06/19/2022
Dünən gecə sionist rejimin media mənbələri işğal olunmuş Fələstinin mərkəzində yerləşən şəhərlərdən birindəki dayanacaqda iki ədəd avtobusun yandığını bildiriblər.
Tashaio.com-ın məlumatına əsasən, «Ceruzalem Post» qəzetinin yazdığına görə, bu hadisə işğal olunmuş Fələstinin mərkəzində yerləşən «Rişon-Le-Zion» şəhərindəki «Qolda Mayer» küçəsində yerləşən üstüaçıq bir dayanacaqda baş verib. Sionist medialar iddia ediblər ki, bu şübhəli hadisədə insan tələfatı olmayıbdır.
Məlumata görə, «Rişon-Le-Zion»un yanğınsöndürənləri yanğını söndürməkdədirlər.
«Ceruzalem Post» yazıb: Ötən həftə də işğal olunmuş Fələstinin şimalında yerləşən Safed şəhərində yerləşən mərkəzi avtobus dayanacağında on səkkiz ədəd avtobus oxşar şübhəli şəraitdə yanmışdı.