header

 Qərb liderləri hansı təklifkə Kiyevə gəliblər?

 Qərb liderləri hansı təklifkə Kiyevə gəliblər?

Ukrayna prezidenti Vladimir Zelenski ilə Almaniya kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron və İtaliyanın Baş naziri Mario Draqi arasında görüş keçirilib.

Tashaio.com-ın məlumatına əsasən, Volodimir Zelenski onları İrpen şəhərinə səfərdən sonra salamalayıb. Bu, fevralın 24-dən, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra onların ilk canlı təmasıdır.

Qeyd edək ki, görüşə Ukraynada səfərdə olan Rumıniya Prezidenti Klaus Yohannis də qatılıb.

Bu arada Rusiya ümid edib ki, Qərb liderləri təkcə silah tədarükünü müzakirə etməyəcəklər

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bu barədə deyib: “Silah tədarükü tamamilə faydasızdır, bu, insanların iztirablarını uzadacaq. Ona görə də yaxşı olardı ki, Kiyevə səfər edən Qərb liderləri bu fürsətdən istifadə edərək Ukrayna prezidenti Vladimir Zelenskini real vəziyyəti görməyə təşviq edəcəklər.

Bəzi təhlillərə görə, liderlərin bu səfəri Ukraynaya dəstək kimi təqdim olunsa da, gerçəkdə bunu Zelenskidən Rusiyaya güzəşt edilməsini istəyən cəbhənin aktivləşməsi hesab edilə bilər. Çünki həmin liderlər Rusiya ilə “dil tapmaq” ssenarisini müdafiə edir və istisna deyil ki, Zelenskini evində razı salmağa çalışırlar.

Digər tərəfdən Makron-Şolts-Draqi üçlüsünün eyni qatarda yola çıxması Qərbdə Vaşinqton-London cəbhəsinə əks olanların praktiki fəaliyyətə keçdiyini deməyə əsas verir və bu, kollektiv Qərbdə parçalanmanın dərinləşməsinə qarşı olan ABŞ-ın Ukraya müharibəsindəki mövqeyinə təsir edə bilər.

Ukrayna prezidenti Vladimir Zelenski ilə Almaniya kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron və İtaliyanın Baş naziri Mario Draqi arasında görüş keçirilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-16-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap