header

 Bayden müharibənin məsuliyyətini Zelenskinin üzərinə atdı

 Bayden müharibənin məsuliyyətini Zelenskinin üzərinə atdı

ABŞ Rusiyanın Ukraynaya hücuma hazrlaşması barədə Kiyevə xəbərdarlıq edib.Bu barədə Amerika Prezidenti Cozef Bayden deyib.

Tashaio.com-ın məlumatına əsasən,Demokratlar Partiyasının donorlarının toplantısında çıxış edən Ağ Ev rəhbəri ABŞ kəşfiyyatının Rusiyanın Ukraynaya hücum edəcəyi barədə bildiyini, Kiyevə xəbərdarlıq etdiyini, lakin “Ukrayna Prezidenti Volodimir Zelenskinin eşitmək istəmədiyini” deyib.

ABŞ Prezidentinin Ukrayna lideri barədə gözlənilməz açıqlaması, rəsmi Kiyevin Qərb müttəfiqlərini Ukraynaya ağır silahların çatdırılmasını sürətləndirməyə ümidsiz çağırışları fonunda baş verib.

Zelenski administrasiyası bildirib ki, Rusiya qoşunları ağır artilleriya qurğularının sayına görə Ukrayna Silahlı Qüvvələrini üstələyir, Donbasda Rusiyanın hücumunu son gücü ilə saxlayan ukraynalılarda döyüş sursatları çatmır. Cəbhələrdə vəziyyəti əsaslı şəkildə dəyişdirə biləcək çoxlu raket sistemlərinin təchizatı naməlum səbəblərdən təxirə salınıb.

ABŞ prezidentinin belə bir şəraitdə verdiyi bu açıqlama və Rusiya ilə müharibənin bütün günahlarını Zelenskinin üstünə atması dünya səviyyəsində ciddi diqət çəkib. Bəzi siyasi analitiklər bunu qərbin Ukraynanı tamamiylə qurban vermək qərarı kimi qiymətləndiriblər.

Co Bayden iyunun 8-də "Sizcə, Ukrayna Rusiyaya torpaq verməlidirmi?" sualına cavab olaraq Bayden deyib ki, "Torpaq onlarındır, özləri bilərlər, biz onlara torpaq verin, ya verməyin deyə bilmərik. Amma müəyyən bir mərhələdə nizamlama üçün danışıqlara oturmaq lazım gələcək",- demişdi.

Co Baydendən əvvəl isə mayın əvvəlində Fransa prezidenti Emmanuel Makron Vladimir Zelenskiyə müraciət edərək demişdi ki, “sülh üçün torpaq verin”. Ukrayna rəsmilərinin sözlərinə görə, artıq bu çağırış bir çox Avropa liderlərindən gəlib. Bir müddət əvvəl ABŞ-ın soyuq müharibə siyasətinin memarı, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Davosda da bu çağırışı təkrarlamış və “Ukrayna Rusiya ilə barışmaq üçün torpaq və güzəştlərə getməlidir” demişdi.

ABŞ Rusiyanın Ukraynaya hücuma hazrlaşması barədə Kiyevə xəbərdarlıq edib.Bu barədə Amerika Prezidenti Cozef Bayden deyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-13-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap