header

 Bayden və görünməmiş inflyasiya

 Bayden və görünməmiş inflyasiya

ABŞ konqresinə ara seçkilərə 150 günün qaldığı bir halda, Bayden hökumətinin benzinin yüksək qiyməti və inflyasiyasının aradan qaldırılması sahəsindəki uğursuz səyləri onun və demokrat partiyasının qarşısına qaranlıq perspektiv qoyubdur.

Tashaio.com-ın məlumatına əsasən, Amerikada inflyasiyanın ötən qırx ildə görünməmiş bir səviyyəyə qalxdığı, həmçinin qida maddələri və enerji qiymətlərinin baş alıb getdyi bir halda, amerikalılar şənbə günü başqa bir zərbənin şahidi olublar. Belə ki, bu ölkədə benzinin orta hesabla qiyməti hər qallonda beş dollardan yuxarıya çatıbdır.

Belə bir halda, Bayden və demokrat partiyası inflyasiyanın vəziyyəti və Baydenin imicini yaxşılaşdırmaqla özlərinin senatdakı kövrək əksəriyyətlərini qoruyub saxlamaq üçün ABŞ konqresinə ara seçkilərə qalan yalnız 150 günlük fürsətə malikdirlər.

Ekspertlərin qənaətinə görə, inflyasiyanı nəzarətə almaq üçün Amerikanın demokrat prezidentinin əlindən bundan artıq iş gəlməz. Bu partiyanın qanunvericilərindən bir çoxu da Baydenin bacarığına olan inamını itiribdir.

May ayında Amerikada inflyasiya 8,6 %-ə çatdı ki, bu da ondan qabaqkı ayın 8,3%-lik inflyasiya göstəricisi ilə müqayisədə nəzərəçarpacaq artımdan xəbər verir. Amerika vətəndaşlarına artan təzyiqlər səbəb olubdur ki, onların səksən faizi «ABC Nyus-İpsus»un yeni bir rəy sorğusunda desin ki, inflyasiya, onların bu ilin payızındakı qərarçıxarmalarında fövqəladə və ya çox mühüm bir amildir. Amerikalıların təqribən dörddə üç hissəsi benzinin qiymətilə bağlı elə bu fikrə malik idi. Belə bir halda, belə bir mövzuda Baydenin reytinqi son dərəcə aşağı olub və onun inflyasiyanın idarə olunması üzrə idarəçiliyinin təkcə 28%-i təsdiq edilibdir.

Bu məsələ noyabr konqres seçkilərində öz cüzi əksəriyyətini qoruyub saxlamaq niyyətində olan demokratlar üçün siyasi bir kabus ola bilər. Onu da qeyd edək ki, əksəriyyətə malik olmasına rəğmən, bu partiya konqresdə öz proqramlarının həyata keçirilməsində indiydək uğur qazanmayıbdır.

ABŞ konqresinə ara seçkilərə 150 günün qaldığı bir halda, Bayden hökumətinin benzinin yüksək qiyməti və inflyasiyasının aradan qaldırılması sahəsindəki uğursuz səyləri onun və demokrat partiyasının qarşısına qaranlıq perspektiv qoyubdur.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-13-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap