header

 İşğal olunmuş ərazilərin dərinliyi Fələstin müqavimətinin hədəfində

 İşğal olunmuş ərazilərin dərinliyi Fələstin müqavimətinin hədəfində

Fələstin İslami Cihad Hərəkatının yüksək səviyyəli lideri İsrail rejiminin müqavimət liderlərini terrorla hədələməsinə toxunaraq deyib ki, Fələstin müqaviməti işğal olunmuş ərazilərin dərinliklərinə zərbə endirməyə qadirdir.

Tashaio.com-ın məlumatına əsasən, Cümə günü sionist rejimin bəzi nümayəndələri və keçmiş rəsmiləri, eləcə də jurnalistləri açıq şəkildə HƏMAS-ın Qəzzədəkı siyasi ofisinin rəhbəri Yəhya Əl-Sinvarın terror edilməsinə çağırış ediblər. 

Onlar, müqavimətin Təl-Əvivin şərqindəki "Elad" əməliyyatlarında Əl-Sinvarı günahlandırırlar; Cümə axşamı baş tutan və 3 sionist mühacirin ölümü və bir neçəsinin yaralanması ilə nəticələnən əməliyyat. 

Əhməd Əl-Müdəlləl "İran Press" xəbər agentliyinə müsahibəsində deyib: "İsrail rejiminin müqavimət liderlərini terrorla hədələməsi fələstinliləri qorxuda və bu rejimə qarşı müqavimətini dayandıra bilməz".

Fələstin İslami Cihad Hərəkatının yüksək səviyyəli lideri qeyd edib ki, İsrail rejimi Yəhya Əl-Sinvarı terror etmək istəsə, o zaman İslami Cihad Hərəkatının raketləri İsrail mərkəzlərini vurmaq üçün HƏMAS raketlərini üstələyəcək. 

İsrail rejiminin Fələstin müqaviməti liderlərinin terror edilməsinə görə tam məsuliyyət daşıdığını bəyan edən Əhməd Əl-Müdəlləl bildirib ki, sionist rejimin işğalçılığına qarşı müqavimət Fələstin xalqının qanuni haqqıdır.

Əl-Müdəlləl İsrail rejiminin Qüds və Məscidül-Əqsaya qarşı cinayətləri mövcud olduqca Fələstin torpaqlarının azad edilməsi uğrunda müqavimətin davam edəcəyini vurğulayıb.

Həmçinin, Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS İsrail rejiminə Yəhya Əl-Sinvara qarşı hər hansı sui-qəsd cəhdi ilə bağlı xəbərdarlıq edib və vurğulayıb: "Fələstin Müqaviməti liderlərinə qarşı istənilən cəhd İsrail rejiminin şəhərləri və strateji mərkəzlərinin müqavimət raketləri ilə oda çəkilməsi deməkdir".

Fələstin İslami Cihad Hərəkatının yüksək səviyyəli lideri İsrail rejiminin müqavimət liderlərini terrorla hədələməsinə toxunaraq deyib ki, Fələstin müqaviməti işğal olunmuş ərazilərin dərinliklərinə zərbə endirməyə qadirdir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-10-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap