header

 BƏƏ-yə PUA hücumu nəticəsində 9 nəfər ölüb və ya yaralanıb

 BƏƏ-yə PUA hücumu nəticəsində 9 nəfər ölüb və ya yaralanıb

Yəmən ordusu və xalq komitələri Birləşmiş Ərəb Əmirliklərinin dərinliklərindəki kritik hədəfləri 20 PUA və 10 ballistik raketlə hədəfə alıblar.

Tashaio.com-ın məlumatına əsasən, "Əl-Məyadin" telekanalı bildirib ki, Yəmən ordusu və xalq komitələrinin BƏƏ-nin dərinliklərinə hücumunda 3 nəfər ölüb, 6 nəfər yaralanıb. 

Məlumata əsasən, hərbi əməliyyyat BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərinin mərkəzində hələ də davam edir və bu şəhərin səmasını alov və tüstü bürüyüb. 

Bundan əvvəl Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri bu ölkənin silahlı qüvvələrinin BƏƏ-nin dərinliklərində keçirilən genişmiqyaslı xüsusi hərbi əməliyyatla bağlı yaxın saatlarda aşıqlama verəcəyini bildirib. 

Birləşmiş Ərəb Əmirliklərinin WAM dövlət xəbər agentliyi neft anbarlarının və Abu Dabi Beynəlxalq Hava Limanının yaxınlığında iki partlayışın baş verdiyindən xəbər verib. 

Yəmən ordusu və xalq komitələri Birləşmiş Ərəb Əmirliklərinin dərinliklərindəki kritik hədəfləri 20 PUA və 10 ballistik raketlə hədəfə alıblar.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-18-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap