header

 Sukiasyan: Azərbaycanla mehriban qonşuluq münasibətlərimiz ola bilər

 Sukiasyan: Azərbaycanla mehriban qonşuluq münasibətlərimiz ola bilər

Ermənistan parlamentinin üzvü Azərbaycanla mehriban qonşuluq münasibətlərinin qurula biləcəyini vurğulayıb.

Tashaio.com-ın məlumatına əsasən, Ermənistan Milli Assambleyasında jurnalistlərə müsahibəsində parlamentin “Mülki müqavilə” fraksiyasının üzvü, tanınmış biznesmen Xaçatur Sukiasyan deyib. “Hər hansı bir müharibədən sonra həmişə bəzi konvulsiyalar, əks hərəkətlər olur, müəyyən müddətdən sonra isə, emosionallıqdan asılı olaraq azalır, sıfıra enir. Hesab edirəm ki, qonşumuz Azərbaycanla mehriban münasibətlərin olması mümkündür”.

O sonra deyib: “Əgər biz qonşularımızla ümumi daxili məhsulun yüksək faizinə sahib ola bilsək, onlar münasibətləri yaxşılaşdırmaq üçün yaxşı vasitə olacaqlar. Biz Azərbaycanla olan bu düşmənçiliyi övladlarımıza, gələcək nəsillərimizə ötürməyəcəyik. Atışmalar olanda onların da itkiləri olur, sivil olmaq lazımdır”, - deyə Sukiasyan qeyd edib.

Qeyd edək ki, postmünaqişə dövründə Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında imzalanmış üçtərəfli sənədlərin tam şəkildə həyata keçirilməsi, regionda bütün kommunikasiyaların açılması, Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyən edilməsi, beynəlxalq hüquq normalarına uyğun olaraq münasibətlərin normallaşdırılması üzərində iş gedir.

Burada diqqət çəkən məqam Ermənistanla yanaşı Azərbaycan Respublikasının da qonşu ölkə ilə əlaqələrin qurulmasına eyham vurmasıdır.

Prezident İlham Əliyev yeni il münasibətilə müraciətində demişdir: “Nə vaxtsa Ermənistanla da bizim qonşuluq əlaqələrimiz qurulacaq. Hər halda İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul edərək Ermənistan da regional çərçivədə öz rolunu artıra bilər. Noyabr və dekabr aylarında Soçi və Brüssel şəhərlərində keçirilmiş görüşlər ümidvericidir və ümid edirəm ki, bu görüşlərdə əldə edilmiş razılaşmalar 2022-ci ildə real həyatda öz əksini tapacaqdır”, - deyə İlham Əliyev vurğulayıb.

Bakı xüsusilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvanı Ermənistan vasitəsi ilə birləşdirəcək Zəngəzur dəhlizi də daxil olmaqla, regionda bütün kommunikasiyaların açılmalı olduğunu bildirir.

Ermənistan parlamentinin üzvü Azərbaycanla mehriban qonşuluq münasibətlərinin qurula biləcəyini vurğulayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-18-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap