header

 "Müzakirələr məzmunlu olmalıdır!"

 "Müzakirələr məzmunlu olmalıdır!"

Ermənistan dövlətinin təmsilçisi Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün şərtləri açıqlayıb.

Tashaio.com-ın məlumatına əsasən, Ermənistanın Türkiyə üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan deyib ki, “İrəvan Türkiyə ilə ikitərəfli münasibətlərin normallaşdırılması imkanlarına dair daha məzmunlu müzakirələr gözləyir”.

Onun sözlərinə görə, əgər gündəm kifayət qədər ciddi və məzmunlu olarsa, o zaman müxtəlif görüşlər və ya onların keçirilməsi formatları haqqında düşünmək olar. 

Ruben Rubinyan sonra qeyd edib ki, rəsmi Yerevan substantiv danışıqların aparılmasında maraqlıdır: “Əsl problem, ilk növbədə, sərhədlərin açılmasıdır. İkincisi, diplomatik münasibətlərin qurulması. Biz mümkün olan hər şeyi edirik”.

Ankara və İrəvan ötən ilin dekabrında əlaqələrin normallaşması prosesini başladıblar. Bunun üçün hər iki ölkədən xüsusi nümayəndələr – Serdar Kılıç və Ruben Rubenyan təyin olunub.

Onlar ötən həftə Moskvafda keçirdikləri görüşdə ilkin şərt olmadan tam normallaşma məqsədilə danışıqları davam etdirməyə razılaşıblar.

Bildirilib ki, xüsusi nümayəndələr arasında ikinci görüşün yeri və tarixi daha sonra diplomatik kanallar vasitəsilə müəyyən ediləcək. Ümumi götürülsə, həm Ankara, həm də Yerevan görüşün yekunlarını müsbət dəyərləndirib.

Müşahidəçilər bildirirlər ki, Türkiyə ilə Ermənistan arasında hava nəqliyyatının açılması, danışıqların növbəti raundunun keçirilməsinə dair razılıq hər iki tərəfin iradəsinin göstəricisidir.

Ermənistan dövlətinin təmsilçisi Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün şərtləri açıqlayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-18-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap