header

 Azərbaycana nifrət, səlibçi təfəkkürünə məxsus davranışdır

 Azərbaycana nifrət, səlibçi təfəkkürünə məxsus davranışdır

Fransada Azərbaycan Respublikası xalqına müsəlman oldğuna görə nifrət kampaniyası gedir. Azərbaycan QHT-ləri isə anti-Azərbaycan mövqeyi ilə tanınan Fransa Prezidentinə müraciət edib baş verənləri səlibçi təfəkkürünə xas davranış adlandırıb.

Tashaio.com-ın məlumatına əsasən, QHT-lərin E.Makrona bəyanatında Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, münasibətlərin normallaşması və hər iki xalq arasında etimadın gücləndirilməsi istiqamətində addımların atıldığı bir zamanda Fransada Respublikaçılar partiyasının prezident seçkilərində namizədi, İl-dö-Frans regionunun prezidenti xanım Valeri Pekresin Azərbaycan Respublikasının Rusiya Sülhməramlılarının nəzarətində olan ərazisinə qeyri-qanuni səfəri və bu səfəri seçki təbliğatının alətinə çevirməsi cəhdinin bölgədə vəziyyəti qəsdən qızışdırmaq və sülh səylərinə zərbə vurmaq məqsədi daşıdığı vurğulanır.  

Azərbaycan QHT-ləri E.Makrona “ Seçiciləri səfərbər etmək üçün onun bu addıma ehtiyacı varmı?” deyə sual verərək xatırladıblar ki, heç bir daxili seçki mübarizəsi belə bir davranışa bəraət qazandıra bilməz.

Müraciətdə Pekers-in Fransaya dönməsindən sonra geniş anti-Azərbaycan kampaniyasına start verməsi diqqətə çatdırılır: “ Xanım Pekres və onun bəzi müşavirləri, eləcə də erməni diasporunun nümayəndələri mətbuatda və sosial şəbəkələrdə münaqişəyə dini don geyindirməyə çalışırlar və insanların dini heysiyyətləri üzərindən Azərbaycan dövlətinə və xalqına qarşı aşağılayıcı fikirlər səsləndirirlər, bu isə Azərbaycan xalqına qarşı nifrətə açıq çağırışdır”, deyə bəyanatda bildirilir.

QHT-lərin müraciətində Fransada Azərbaycan xalqının müsəlman olduğuna görə nifrətə məruz qalmasının səlibçi təfəkkürünə xas davranış kimi qiymətləndirilərək belə bir sual səsləndirilir: “Demək olarmı ki, Fransa maarifçilərinin suveren hüquqi dövləti yenidən obskurantist baxışların basqısına məruz qalır?”

Fransada Azərbaycan Respublikası xalqına müsəlman oldğuna görə nifrət kampaniyası gedir. Azərbaycan QHT-ləri isə anti-Azərbaycan mövqeyi ilə tanınan Fransa Prezidentinə müraciət edib baş verənləri səlibçi təfəkkürünə xas davranış adlandırıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-18-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap