header

 ABŞ Rusiyanı daha ağır iqtisadi sanksiyalarla hədələdi

 ABŞ Rusiyanı daha ağır iqtisadi sanksiyalarla hədələdi

ABŞ-ın milli təhlükəsizlik müşaviri Rusiyaya xəbərdarlıq edib ki, Ukraynaya hücum edərsə, Moskva ağır iqtisadi nəticələrlə üzləşəcək.

Tashaio.com-ın məlumatına əsasən, Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan bazar günü xəbərdarlıq edib ki, Rusiya Ukraynanı işğal edərsə, ABŞ və Qərb müttəfiqləri tərəfindən "ağır iqtisadi nəticələrlə" üzləşəcək.

O, CBS telekanalına müsahibə verərkən deyib: "Rusiyanın Ukraynaya kiberhücumlarla təzyiq etdiyi ortaya çıxarsa və bu, qarşıdakı dövrdə də davam edərsə, biz müttəfiqlərimizlə müvafiq cavab tədbirləri üzərində işləyəcəyik”.

Sullivan əlavə edib: "Rusiya hərbi əməliyyata başlayarsa, ABŞ onların iqtisadiyyatına və Avropadakı strateji mövqelərinə zərbə vuracaq addımlar atacaq və Rusiyanın bu hərəkəti NATO-nun həmrəyliyini gücləndirəcək".

ABŞ-ın milli təhlükəsizlik müşaviri Rusiyaya xəbərdarlıq edib ki, Ukraynaya hücum edərsə, Moskva ağır iqtisadi nəticələrlə üzləşəcək.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-17-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap