header

 2022-ci ildə bölgədə sülhün bərqərarı prosesi sürətlənəcək

 2022-ci ildə bölgədə sülhün bərqərarı prosesi sürətlənəcək

İranın dövlət xəbər agentliyi İRNA Azərbaycan-Ermənistan danışıqlarını dəyərləndirib.

Tashaio.com-ın məlumatına əsasən, xəbər agentliyi yazır ki, ötən il Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında Qarabağ müharibəsinin başa çatmasına dair 2020-ci il noyabrın 10-da əldə edilmiş razılaşmanın icra vəziyyətinin müzakirəsi məqsədi ilə 2 görüş olub. Tərəflər 2021-ci ilin əvvəlində Moskvada, ilin sonuna yaxın isə Soçidə görüşüb. Danışıqlar zamanı Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiyası, eləcə də regionda kommunikasiyaların açılması üşün üçtərəfli işçi qrupunun yaradılması haqqında razılıq əldə olunub. Daha sonra Moskvada üç ölkənin baş nazir müavinləri səviyyəsində yaradılmış işçi qrupun bir neçə görüşü də keçirilib.

Bakı postmünaqişə dövründə Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında imzalanmış üçtərəfli sənədlərin tam şəkildə həyata keçirilməsini, regionda bütün kommunikasiyaların açılmasını, Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyən edilməsini, beynəlxalq hüquq normalarına uyğun olaraq münasibətlərin normallaşdırılmasını vacib sayır.

Qeyd olunur ki, regionda kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası kimi məsələlər Azərbaycan və Ermənistan liderlərinin dekabrın 15-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilmiş görüşündə də əsas mövzulardan olub.

Bakı xüsusilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvanı Ermənistan vasitəsi ilə birləşdirəcək Zəngəzur dəhlizi də daxil olmaqla, regionda bütün kommunikasiyaların açılmalı olduğunu bildirir. Ötən il keçirilmiş görüşlərdə bu haqda geniş müzakirələr aparılsa da, razılaşmalar əldə olunsa da, hələ də ciddi praktik addımlar atılmayıb. Bununla belə, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bir sıra infrastruktur layihələrinin icrasına start verib və onları gələcək kommunikasiya marşrutlarının tərkib hissəsi kimi xarakterizə edir.

Yeri gəlmişkən, ötən il Azərbaycanla Ermənistan arasında sərhəd mübahisələri silahlı toqquşmalara da yol açıb və nəticədə hər iki tərəf itki verib.

Bu xoşagəlməz halların baş verməsinə rəğmən, 2022-ci ildə iki qonşu dövlət arasında əlaqələrin normallaşmağa doğru istiqamət alacağını gözləmək lazımdır. Xüsusilə də regionun İran, Türkiyə və Rusiya kimi aparıcı dövlətləri Cənubi Qafqazda sülh və sabitliyinin bərqərarında israrlıdır və aidiyyəti tərəfləri bu sahədə konstruktiv addımlar atmağa təşviq edirlər.

İranın dövlət xəbər agentliyi İRNA Azərbaycan-Ermənistan danışıqlarını dəyərləndirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-17-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap