header

 Polad Aslanovun dərhal azad edilməsinə çağırılıb

 Polad Aslanovun dərhal azad edilməsinə çağırılıb

"Sərhədsiz reportyorlar" və Jurnalistləri Müdafiə Komitəsi xeberman.com saytının redaktoru, yanvarın 6-da koloniyada alcığa başlayan Polad Aslanovun hüquqlarının pozulmasını pisləyiblər.

Tashaio.com-ın Turana istinadla verdiyi məlumata görə Aclıq aksiyasının səbəbi Ali Məhkəmədə onun şikayətinə baxmaqdan imtina edilməsi, həmçinin yaxınları ilə telefon danışığına qadağa qoyulmasıdır. Bu barədə təşkilat öz Tvitter hesabında yazıb.

2021-ci ilin aprelində dövlətə xəyanət ittihamı ilə 16 il müddətinə mühakimə olunan Aslanov siyasi məhbus kimi tanınıb.

Öz növbəsində, Jurnalistləri Müdafiə Komitəsi Tvitterdə Azərbaycan hakimiyyətini Aslanovu dərhal azad etməyə çağırıb.

"Tənqidçi jurnalistin uydurma ittihamlarla azadlıqdan məhrum edilməsi Azərbaycanın Avrasiyada jurnalistlərin aparıcı həbsxanası kimi reputasiyasını daha da dərinləşdirir", - təşkilatın məlumatında deyilir.

"Sərhədsiz reportyorlar" və Jurnalistləri Müdafiə Komitəsi xeberman.com saytının redaktoru, yanvarın 6-da koloniyada alcığa başlayan Polad Aslanovun hüquqlarının pozulmasını pisləyiblər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-13-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap