Rusiya Ukrayna ilə sərhəddə təlim keçirdi
Rusiya Ukrayna ilə sərhəddə təlim keçirdi
Posted on : Digər sahələr 01/12/2022
Moskva ilə Qərb ölkələri arasında Kiyevlə bağlı məsələlərə görə yaranan gərginliklər fonunda Rusiya hərbçiləri Ukrayna sərhədi yaxınlığında hərbi təlimlər keçirib.
Tashaio.com-ın məlumatına əsasən, ABŞ-ın Cenevrə danışıqlarda Rusiyanı Ukrayna sərhədi yaxınlığından təxminən 100 min hərbçisini geri çəkməyə çağırdıqdan bir gün sonra Rusiya Müdafiə Nazirliyi bildirib ki, bu ölkənin 3000-ə yaxın hərbçisi Rusiyanın cənub qərbindəki dörd vilayətdə şərti düşmənlə döyüş də daxil olmaqla hərbi təlimlərə başlayıb.
Ukrayna sərhədi yaxınlığında keçirilən bu təlimlərə döyüş sursatı, çoxlu sayda canlı qüvvə və zirehli texnika, o cümlədən müxtəlif növ tanklar cəlb edilib.
Çərşənbə günü ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Moskvanın Ukraynaya mümkün müdaxiləsi ilə bağlı uydurma böhran iddiasını təkrarlayaraq, qeyd edib ki, əgər Rusiya Ukraynaya hücum edərsə və ya onun sabitliyini pozarsa, ona qarşı ciddi sanksiyalar tətbiq ediləcək.