header

 Prokurorluq cinayət işinin başlanmasını rədd edib

 Prokurorluq cinayət işinin başlanmasını rədd edib

Milli Şuranın üzvü Tofiq Yaqublunun 1 dekabr mitinqində döyülməsi, bədəninə müxtəlif dərəcəli xəsarətlərin yetirilməsi iddiası üzrə prokurorluqda aparılan araşdırma başa çatıb.

Tashaio.com-ın "Qafqazinfo"-ya istinadən verdiyi xəbərə görə bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov məlumat yayıb. Onun sözlərinə görə, araşdırma nəticəsində cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, T.Yaqublu ötən il dekabrın 1-də Saleh Rüstəmlinin həbsinə etiraz olaraq Fəvvarələr Meydanında keçirilən mitinq zamanı saxlanılıb.

Daha sonra onun üz nahiyəsində xəsarət izləri olan görüntüləri yayıldı. T.Yaqublu social şəbəkələrdə paylaşdığı videolarda polislər və mülki geyimli şəxslər tərəfindən şəhər kənarına aparılaraq döyüldüyünü bildirdi amma Daxili İşlər Nazirliyi onun döyülməsinin polislə heç bir bağlılığı olmadığını açıqlayıb.

Bəs Tofiq Yaqublunu kimlər döyüb? Sualı hələ də cavabsız qalır.Sosial şəbəkə istifadəçilərinə görə bir vətəndaşa qarşı cinayət işlənilibsə bunun barəsində cinayət işi açılmalı və istintaq aparılmalıdır və yenə də bu prossesin məsuliyyəti hakimiyyət orqanlarının üzərinə düşür. Onlar bu cinayəti kimlərin törətdiyini dəqiqləşdirməli və ictimaiyyətə elan etməlidirlər.

Milli Şuranın üzvü Tofiq Yaqublunun 1 dekabr mitinqində döyülməsi, bədəninə müxtəlif dərəcəli xəsarətlərin yetirilməsi iddiası üzrə prokurorluqda aparılan araşdırma başa çatıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-12-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap