header

 Terrorçu ABŞ ordusunun logistik karvanı yolunda partlayış

 Terrorçu ABŞ ordusunun logistik karvanı yolunda partlayış

İraqlı medialar dünən gecə bu ölkənin mərkəzində yerləşən Divaniyyə rayonunda terrorçu ABŞ ordusunun logistik karvanının keçdiyi yolda bir bombanın partladığını bildiriblər.

Tashaio.com-ın məlumatına əsasən, İraqda «Sabirin» xəbər kanalı xəbər verib ki, bu karvan Divaniyyədən keçərkən yol kənarında quraşdırılmış bombanın hədəfinə tuş gəlib.

Bu məlumata görə, «Əshabülkəhf» adlı iraqlı müqavimət qrupu həmin əməliyyatın məsuliyyətini üzərinə götürüb.

«Sabirin» xəbər kanalı daha artıq detallara keçmədən partlayışda tələfatın olub-olmadığına işarə etməyib.

Amerikanın İraqdakı hərbi karvan və bazaları son aylar ərzində dəfələrlə hədəfə alınıblar.

Bir çox İraq vətəndaşı və iraqlı qrup terrorçu amerikan qüvvələrin tam şəkildə İraqdan çıxmalarını tələb edir.

İraq parlamenti də bu qüvvələrin İraqdan çıxmaları barədə bir layihə qəbul edibdir.

İraqlı medialar dünən gecə bu ölkənin mərkəzində yerləşən Divaniyyə rayonunda terrorçu ABŞ ordusunun logistik karvanının keçdiyi yolda bir bombanın partladığını bildiriblər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-08-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap