header

 Sionist rejim qırıcılarının Qəzzəyə qarşı raket və artilleriya hücumları

 Sionist rejim qırıcılarının Qəzzəyə qarşı raket və artilleriya hücumları

Bu gün səhər saatlarında Qəzzənin şimalına işıqlandırıcı bombaların atılmasından qaynaqlanan bir neçə güclü partlayış səsinin eşidilməsindən sonra sionist rejimin vertolyot və qırıcıları Qəzzə zolağına hücum ediblər.

Tashaio.com-ın məlumatına əsasən, Əlməyadin informasiya kanalı xəbər verib ki, işğalçı rejimin artilleriyası Qəzzə zolağının şimalındakı rayonlara atəş açmaqdadır və Beyt-Lahiyanın şimalında yerləşən «Əlqul» rayonu hücum hədəfinə çevrilib.

Sionist rejimin hava hücumlarının davam etdiyini bildirən Əlməyadin bu hücumları kəskin elan edib.

Bu informasiya kanalının məlumatına görə, sionist rejim qırıcıları beş növbədə Xan-Yunusun qərbində yerləşən Əlqadisiyyə kazarmasını hədəfə alıblar.

Sionist rejimin müharibə nazirliyi bundan öncə iddia etmişdi ki, bu rejim Qəzzədən Təl-Əviv sahillərinin yaxınlığına iki raketin atılmasına cavab verəcək.

Sionist rejim 2017-ci ilin dekabrından Qəzzə zolağına qarşı yeni hava hücumlarını öz gündəminə daxil edib.

Sionist rejimin Qəzzə zolağına qarşı hücumlarında indiyədək minlərlə fələstinli şəhid olub və yaralanıbdır.

2006-cı ildə sionist rejim tərəfindən quru, hava və dənizdən mühasirəyə alınan Qəzzə zolağının sakinləri bu cəhətdən xeyli sayda problemlə üzləşirlər.

Bu gün səhər saatlarında Qəzzənin şimalına işıqlandırıcı bombaların atılmasından qaynaqlanan bir neçə güclü partlayış səsinin eşidilməsindən sonra sionist rejimin vertolyot və qırıcıları Qəzzə zolağına hücum ediblər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-02-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap