header

 Şəhid Süleymaninin terrorunun təşkilatçılarını pisləyən qətnamə verilsin!

 Şəhid Süleymaninin terrorunun təşkilatçılarını pisləyən qətnamə verilsin!

İran prezident administrasiyasının hüquq məsələləri müavinliyinin ofisi dünən BMT Baş Assambleyasının sədrinə məktubda Qasım Süleymaninin qətlini pisləyən qətnamənin verilməsini və onun amillərinin pislənilməsini istəyib.

Tashaio.com-ın məlumatına əsasən, Məktubda deyilir: Beynəlxalq sülh və təhlükəsizliyi qorumaq və beynəlxalq insan hüquqları sisteminə hörmətlə yanaşmaq üçün təklif edilir ki, bu assambleya özünün bütün qanuni ixtiyarlarından, o sıradan qətnamə verməkdən istifadə edib, bir dövlət tərəfindən digər bir dövlət və diplomatiya rəsmisinin terror olunmasını pisləsin.

Eyni zamanda, İraqın Həşdüşşəbi təşkilatının tərəfdarlarından minlərlə nəfər dünən Bağdadda ABŞ-ın PUA hücumunda şəhid olmuş Sepah-ın Qüds qüvvələrinin keçmiş komandanı general Süleymaninin şəhadətinin ikinci ildönümü münasibətilə aksiya keçirib.

Aksiya şənbə günü Bağdad meydanında və güclü təhlükəsizlik tədbirləri altında keçirilib. Müqavimət qüvvələrinin bir çoxu öz ailə üzvlərilə yanaşı, onda iştirak edibdir. Əllərində şəhidlər Süleymani və Əlmühəndisin şəkillərini tutan aksiyaçılar Amerika əleyhinə şüarlar səsləndiriblər.

Bir çox analitik Amerikanın general Süleymaniyə qarşı terror cinayətini dövlət terroriziminin nümunəsi adlandırıb.

Birləşmiş Ştatlar indiyə kimi bu cinayətdən heç bir nailiyyət əldə etməyib və Amerikanın gözləntilərinin əksinə olaraq, bu gün Süleymani Yaxın Şərq bölgəsində ümid, özünəinam, rəşadət simvolu,/ müqavimət və qələbə rəmzidir.

Bəziləri düz deyiblər ki; «şəhid Süleymani» düşmənləri üçün «general Süleymani»dən daha təhlükəlidir.

İslam İnqilabının Böyük Rəhbəri bu reallığın bəyanında buyurublar: Düşmənlər elə təsəvvür edirdilər ki, Süleymaninin, Əbu-Mehdinin və onlarla yanaşı olanların şəhadəti ilə iş bitəcək, amma bu gün o əziz və məzlumcasına qanların bahasına, Amerika Əfqanıstandan qaçıb, İraqda çıxmağı göstərməyə və hərbi iştirak olmadan hərbi məsləhətçi rolunu elan etməyə məcburdur. Əlbəttə, iraqlı qardaşlar sayıqlıqla bu məsələni izləməlidirlər. Yəməndə müqavimət cəbhəsi irəliləməkdədir. Suriyada düşmən ilişib qalıb, gələcəyə ümidini itirib və bütövlükdə regionda anti-imperializm və müqavimət cərəyanı bu gün iki il bundan öncəkindən daha rövnəqli, daha təravətli və daha ümidvar şəkildə fəaliyyətdədir.

2020-ci il yanvarın üçü, səhər saatlarında general Süleymani və İraqda xalq qüvvələri təşkilatının rəis müavini Əbu-Mehdi Əlmühəndis digər səkkiz nəfərlə yanaşı, Bağdad hava limanı yolunda amerikalı qüvvələr tərəfindən istiqamətləndirilən bir terror hücumunda amerikan pilotsuzlardan açılan raket atışları ilə şəhid edildilər.

Şəhid general-leytenant Qasım Sülehmani, Əbu-Mehdi Əlmühəndis və onları müşayiət edənlər ABŞ və sionizmin regiondakı separatçılıq planlarının zərərsizləşdirilməsi, İŞİD-in məhv edilməsi, terrorizm və düşmənlə döyüş meydanında böyük rol oynadılar.

General Süleymani regionun İŞİD-in əlindən xilas olması yolunda öz yorulmaz mübarizəsi ilə Qərbi Asiyaya və ondan da geniş miqyasa sabitliyin qaytarılmasında özünəməxsus bir rola malik idi. Amerika bu terrorla əslində İŞİD terrorçularına ağır zərbələr endirmiş bir komandanlığı hədəfə aldı.

İran prezident administrasiyasının hüquq məsələləri müavinliyinin ofisi dünən BMT Baş Assambleyasının sədrinə məktubda Qasım Süleymaninin qətlini pisləyən qətnamənin verilməsini və onun amillərinin pislənilməsini istəyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-02-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap