header

 Türkiyə ermənilərə siyasəti yumşaldır, sərhəd açılımı gündəmdə

İyunun 7-də Türkiyədə keçiriləcək parlament seçkilərinə ermənilər də qatılır.

Türkiyə Böyük Millət Məclisində təmsilçiliyə iddiaçılar sırasında 4 erməni var. Onlardan biri hakim AKP-nin, 2-si ana müxalifət CHP-nin, biri isə PKK-nın siyasi qanadı olan HDP-nin siyahısındadır.Türkiyə mediası yazır ki, 1966-cı ildən bu yana ermənilər ilk dəfədir TBMM-də təmsilçilik üçün rəsmi iddia irəli sürür. Türkiyədə indiyə qədər parlamentin erməni əsilli deputatları olub. Ancaq onlar ailələri soyadlarını dəyişdiyi üçün erməni kimi tanınmayıblar. Bu dəfəki seçkilərdə ermənilərin açıq iddia irəli sürməsi AKP-nin Ermənistanla münasibətlərdə yaxınlaşma siyasəti ilə izah edilir.
 
Bu iddiaları Cümhuriyyət Xalq Partiyasının erməni namizədi  Selina Doğanın namizədliyi təsdiqlənəndən sonra verdiyi ilk açıqlama da təsdiqləyib. Onun açıqlamasını Hurriyet.com “Namizəd soyqırımının müdafiəçisi çıxdı” başlığı ilə verib. Selina Doğan deyib ki, namizədliyinin “erməni soyqırımı”nın 100-cü ildönümündə təsdiq edilməsinin simvolik mənası var.
 
Doğan namizəd göstərilməsini Cümhuriyyət Xalq Partiyasındakı dəyişikliklərdən sonra mümkün olduğunu da deyib. 
 
O, əsas hədəfinin Türkiyədəki erməni patriarxlığına hüquqi status almaq olduğunu deyib. CHP namizədi əsas hədəfləri sırasında Türkiyə-Ermənistan sərhədlərinin açılmasını da göstərib. Onun sözlərinə görə, bu məsələdə Ermənistan qədər Türkiyənin də faydası var.
 
Qeyd edək ki, Türkiyənin Ana Müxalifət Partiyasının sədri Kemal Kılıçdaroğlunun anasının erməni olması ilə bağlı Türkiyə mediasında bir neçə dəfə iddialar səslənib. Kılıçdaroğlu bu iddialara heç bir cavab verməsə də, ailəni tanıyanlar söylənənlərin əsaslı olduğunu bildirir. Maraqlı faktlardan biri də odur ki, CHP sədri Türkiyənin bir çox siyasətçisindən fərqli olaraq Azərbaycanla təmaslara maraq göstərmir. Hətta Azərbaycan mediasının CHP sədri ilə müsahibə təşəbbüsləri də bir qayda olaraq açıq qalır.
 
AKP-nin ermənilərlə sıcaq münasibətinin əsas göstəricisi ilə Etyen Mahcupyanın baş nazirin müşaviri postuna gətirilməsidir. 2014-cü ildəki bu təyinat ölkədə çox ciddi dartışmalara səbəb olmuşdu.
 
Deyilənlərə əsasən söyləmək olar ki, Ərdoğan hökuməti Avropa Birliyinə qoşulmaq istiqamətində bütün yönləri ilə çalışır. Bu fəaliyyətlərə 30 min türkü şəhid edən PKK terrorçuları ilə aparılan "kürt açılımı" adlı siyasətləri, milliyətcə erməni olan şəxsin baş nazirin müavini postuna gətirilməsini və sairləri göstərmək olar. Sözügedən fəaliyyətlərdə isə Azərbaycanın tam diqqətlə izlədiyi məsələ Türkiyə-Ermənistan sərhədi ətrafında aparılan söz-söhbətlərdir. Düzdür, Ərdoğan hökuməti dəfələrlə Ermənistanla sərhədlərin Qarabağ probleminin həllindən sonra açılacağını söyləyib, amma hazırda gedən proseslər tamam başqa nəsnələri göstərir. Görünən odur ki, Avropa Birliyinə qoşulmaq naminə Türkiyə hökuməti qardaş dediyi Azərbaycanı tapdalayaraq, Ermənistanla sərhədləri açacaq. Hətta bəzi analitiklər bildirirlər ki, Ərdoğan ayrı-ayrı ölkə rəsmiləri ilə görüşlərində sərhəd açılımı barədə müzakirələr aparır, vasitəçilik barədə fikir mübadiləsi edir, sərhədi açdıqdan sonra Azərbaycanın könlünü necə ala biləcəyi barədə yollar düşünür.

“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars

Starts: 10/16/2017 12:59:43 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
SiteMap