header

 Səbuhi Səlimovun ailəsi onun taleyinə görə narahatdır

 Səbuhi Səlimovun ailəsi onun taleyinə görə narahatdır

Azərbaycanda Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs edilmiş dindar Səbuhi Səlimovun ailəsi onun taleyinə görə narahatdır.

Tashaio.com-ın məlumatına əsasən, o , oktyabrın 20-də saxlanılıb və həmin vaxtdan etibarən ailə üzvləri onun haqqında məlumat ala bilmirlər.

Dindar oktyabrın 20-də qızının Hökməli qəsəbəsində yerləşən evindən aparılıb, evdə axtarış aparılıb. Bu barədə dindarın həyat yoldaşı Fatimə Səlimova bildirib.

Onun sözlərinə görə, axtarış zamanı əməkdaşlar mobil telefon, kompüter, dindarın nəvəsinə məxsus planşeti götürüblər. Bundan başqa, Bakıda dindarın öz evində axtarış aparılıb. 

Məhbusun həyat yoldaşı deyib: "İndiyədək bizim Səbuhi haqqında heç bir məlumatımız yoxdur. Onun başına nə gəldiyini bilmirik. O, Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Sağlamlığına ciddi şəkildə ziyan vurub. Bir neçə il əvvəl ürək əməliyyatı keçirib, 4 damarı dəyişdirilib. Səbuhi çox xəstə idi və onun əsassız olaraq həbsdə saxlanılması vəziyyətini ağırlaşdıra bilər".

Onun sözlərinə görə, dindar heç bir təşkilata üzv deyil, adi dindar, vətənpərvərdir. Keçən il o, 4 dəfə müharibəyə aparılması üçün hərbi komissarlığa gedib. Amma səhhəti ilə əlaqədar onu aparmayıblar. 

Xatırladaq ki, son günlər bir neçə şiə ilahiyyatçı və dini fəal qısa müddətlik saxlanılıb.

İlahiyyatçı Sərdar Babayevə qarşı isə CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət ittihamı irəli sürülüb.

Azərbaycanda Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs edilmiş dindar Səbuhi Səlimovun ailəsi onun taleyinə görə narahatdır.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-27-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap