header

 Seyid Əbdülməlik Əl-Husi: “Qüdsə qarşı istənilən təhlükə regional müharibə deməkdir”

 Seyid Əbdülməlik Əl-Husi: “Qüdsə qarşı istənilən təhlükə regional müharibə deməkdir”

Yəmən inqilabının rəhbəri, Ənsarullah hərəkatının baş katibi Seyid Əbdülməlik Bədruddin Əl-Husi dünən (18 oktyabr) Əziz Peyğəmbərimizin (s) mövludu münasibətilə paytaxt Sənadakı Əs-Səbəəyn meydanında toplaşan milyonlarla yəmənliyə videokonfransla səslənib.

Tashaio.com Rasthaber-ə istinadən xəbər verir ki, Seyid Əbdülməlik peyğəmbərimizin (s) mübarək mövludu münasibətilə çıxış edərək əvvəlcə müsəlman ümmətini təbrik edib və keçirilən mərasimi İslam Peyğəmbərinə (s) dostluğun və itaətin bir daha vurğulanması, xatirəsinin və adının silinməsi səylərinə qarşı çıxmaq kimi qiymətləndirib.

 

O, Yəmən xalqını Allah Rəsulunun (s) həyatını nümunə götürərək, hökmran qüvvələrin hegemonluğundan qurtulmağa çalışdığını bildirib: “İsra surəsində İsrail oğullarının fitnə və zülmü ilə bağlı ilahi mesaj bizim dövrümüzdə gerçəkləşdi və zülmlərinin sona çatacağı ilə bağlı ilahi vəd tezliklə yerinə yetiriləcək. Onlar (bu məğlubiyyəti) uzaqda görürlər, biz isə yaxınlarda görürük”.

 

Əl-Husi insanlığın problemlərinin kökünü zalım qüvvələr və ilahi yoldan sapma kimi qeyd edərək, belə danışıb: “Tağutçular təkfirçi və qanlı hərəkətləri ilə İslamın üzünü qaraldırlar”.

 

Yəmənin lideri çıxışının digər hissəsində, Yəmən xalqının İslam ümməti məsələlərində və ən əsası Fələstin mövzusunda prinsipial və dini mövqeyində sabit olduğunu vurğulayaraq, belə deyib: “Seyid Həsən Nəsrullahın tarixi tənliyinin bir hissəsi olduğumuzu, yəni Qüdsə qarşı hər hansı bir təhdidin regional müharibə demək olduğunu bildirdiyimiz əvvəlki ifadəmizi bir daha təkrar edirik.

 

Ümmətin məzlumları ilə həmrəyliyimizi vurğulayıram, cihad və müqavimət oxunda azad və islami qardaşlarımızla qürur duyuruq və Yəmənin şərəfli xalqını ABŞ-Səudiyyənin qəddar təcavüzünə qarşı durmağa davam etməyə çağırıram. Düşmən təcavüzü ilə mübarizə aparmaq, mühasirə və işğala son qoyulana qədər müharibə etmək hamımızın dini vəzifəsidir.

 

Əsas müqəddəs məqsəd azadlığa və müstəqilliyə nail olmaqdır. Azadlıq və müstəqillik uğrunda mübarizə Allah yolunda cihaddır və Yəmən xalqı heç vaxt güzəştə getməyəcək”.

 

Qeyd edək ki, oktyabrın 18-i Yəmənin paytaxtı Sənada və ölkənin azad edilmiş digər 14 vilayətində Muhəmməd (s) peyğəmbərin mövlud günü münasibətilə milyonlarla insanın etdiyi bayram tədbirləri keçirilib.

Yəmən inqilabının rəhbəri, Ənsarullah hərəkatının baş katibi Seyid Əbdülməlik Bədruddin Əl-Husi dünən (18 oktyabr) Əziz Peyğəmbərimizin (s) mövludu münasibətilə paytaxt Sənadakı Əs-Səbəəyn meydanında toplaşan milyonlarla yəmənliyə videokonfransla səslənib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-20-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap