NATO-nun Moskvadakı xüsusi qurumunun fəaliyyəti dayandırılacaq
Posted on :
Digər sahələr
10/19/2021
Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bu ölkənin səkkiz diplomatının NATO-dan çıxarılmasına münasibət bildirib.
Tashaio.com TASS-a istinadən xəbər verir ki, Peskov bu barədə jurnalistlərə açıqlamasında məlumat verib.
O bildirib ki, Rusiyanın səkkiz diplomatının NATO-dan çıxarılması ilə bağlı cavab tədbirləri kimi adevkat addımlar atılacaq.
“Dəfələrlə demişik ki, tanqonu tək oynamaq mümkün deyil və biz bunu etməyəcəyik. Buna adekvat cavab isə NATO-nun Moskvadakı hərbi əlaqə missiyasının və qurumun məlumat bürosunun işinin noyabrın birindən etibarən dayandırılmasıdır", - D.Peskov deyib.
Qeyd edək ki, bu günlərdə Rusiyanın səkkiz diplomatı NATO-dan çıxarılıb.