header

 Bərham Saleh: “İraqda sabitlik olmasa, bölgədə sabitlik olmayacaq”

 Bərham Saleh: “İraqda sabitlik olmasa, bölgədə sabitlik olmayacaq”

İraqın prezidenti Bərham Saleh BMT-nin 76 -cı Baş Assambleyasındakı çıxışında, İraqda sabitlik təmin edilmədən regional sabitliyə nail olmaq mümkün olmayacağını deyib.

Tashaio.com Parstoday-a istinadən xəbər verir ki, Bərham Saleh, beynəlxalq ictimaiyyəti korrupsiya yolu ilə ölkəsindən çıxarılan pullarının tapılmasına və geri qaytarılmasına kömək etməyə dəvət edib.

 

Saleh çıxışında korrupsiya ilə mübarizədən bəhs edəndə İŞİD terror təşkilatına qarşı beynəlxalq koalisiya kimi, ölkəsindən çıxarılan pulların geri alınması üçün oxşar koalisiya qurulmasını tələb edib.

 

İraqın bölgədəki əhəmiyyətli mövqeyinə qaytarılmalı olduğunu vurğulayan Saleh, belə danışıb: “Buna nail olmaq üçün regional və milli dəstəklə yanaşı, İraq torpaqlarında qarşıdurmalara və rəqabətlərə son qoyulmalıdır”.

 

İraqda sabitliyi təmin etmədən regional sabitliyə nail olmağın mümkün olmadığını vurğulayan prezident Saleh, terrora son qoymaq üçün korrupsiyaya son qoyulmalı olduğunu vurğulayaraq, belə deyib: “Terror və korrupsiya bir-birinə bağlıdır. İkisi bir-birini tamamlayır”.

İraqın prezidenti Bərham Saleh BMT-nin 76 -cı Baş Assambleyasındakı çıxışında, İraqda sabitlik təmin edilmədən regional sabitliyə nail olmaq mümkün olmayacağını deyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-25-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap