İsrail rejiminin əsgərləri 10 yaşlı fələstinli uşağı döyüb saxladı
İsrail rejiminin əsgərləri 10 yaşlı fələstinli uşağı döyüb saxladı
Posted on : Digər sahələr 09/25/2021
İsrail rejiminin əsgərləri işğal altındakı İordan çayının qərb sahilində yerləşən Əl-Xəlil şəhərində 10 yaşlı bir fələstinli uşağı döyərək saxlayıblar.
Tashaio.com Anadolu-ya istinadən xəbər verir ki, fələstinli Ziya Əl-Həddad sionist əsgərlərin Əl-Xəlilin Köhnə şəhər bölgəsindəki Tel Rumeydə məhəlləsində yaşayan bacısının 10 yaşlı oğlu İsmayıl Ən-Nicçəni vəhşicəsinə döydüklərini və onu təcridxanaya apardıqlarını bildirib.
Bacısı oğlunun 3 saat saxlanıldığını qeyd edən Əl-Həddad, Əl-Xəlilin Köhnə şəhər bölgəsindəki uşaqların hər gün dəhşətlə dolu qorxu mühitində yaşadıqlarını və işğalçı əsgərlər tərəfindən cəzalandırıldıqlarını bildirib.