header

 "Üçüncü tərəflər ikitərəfli münasibətlərə xələl gətirə bilməyəcək"

 "Üçüncü tərəflər ikitərəfli münasibətlərə xələl gətirə bilməyəcək"

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi jurnalistlərə açıqlamasında deyib ki, Qarabağa İrandan qanunsuz şəkildə yük daşıyan özəl yükdaşıma şirkətlərinə xəbərdarlıq olunub.

Tashaio.com-ın məlumatına əsasən, Musəvi bildirib ki, bununla əlaqədar Azərbaycan tərəfindən rəsmi şəkildə məlumatlar alındıqdan sonra addımlar atılıb.

Onun sözlərinə görə, son görüşdə Hikmət Hacıyev Azərbaycan Prezidentinin İran Prezidentinə ismarıclarını çatdırıb: “Təəssüf ki, sosial şəbəkədə həqiqətə uyğun olmayan məlumatlar çox yayılır. Ancaq mən arxayınlıqla deyirəm ki, yuk maşınları məsələsini araşdırdıq. Məlum oldu ki, özəl şirkətlər bu addımı atıblar. Biz özəl şirkətlərə xəbərdarlıq etdik ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşsınlar. Hamı Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır. Tərəfimizdən lazım olan addımları atırıq", -deyə səfir qeyd edib.

Səfir qeyd edib ki, İran İslam Respublikası hər zaman separatçılığa qarşı olmuşdur. İran İslam İnqilabının Aliməqamlı Rəhbəri, prezidentin açıqlamalarında Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bəyan edilib. Lakin bu məsələdə 3-cü tərəflər var ki, İran və Azərbaycan arasında yaxşı münasibətin olmasını istəmirlər. Əlbəttə ki, üçüncü tərəflər ikitərəfli münasibətlərə xələl gətirə bilməyəcək.

Sreyid Abbas Musəvi sonra deyib: "İran İslam Respublikası öz strateji siyasətinə əsasən həmişə Azərbaycanın Qarabağın bütün bölgələri üzərində olan suverenliyinə və hakimiyyətinə təkidlə yanaşıb, Azərbaycan hökumətinin birinci və ikinci Qarabağ müharibəsində istədiyi hər növ köməyi əsirgəməyib."

Musəvi əlavə edib: “Hazırda İran qonşu ölkələrlə xüsusilə də qardaş və dost Azərbayacan Respublikası ilə yaxşı əlaqələrə malikdir. İki ölkənin müdafiə və hərbi müstəvidəki münasibətləri də genişlənməkdədir.”

İranlı diplomat həmçinin ölkəsinin keçirdiyi təlimlərlə bağlı məsələyə də toxunub. Diplomat bildirib: “Bu məsələ yanlış formada təqdim olunur. Bu təlimlər davamlı həyata keçirilir, bundan əvvəl Qərbi Azərbaycanda keçirilib. Hərbi gücümüz dostlarınızın xidmətindədir, dostlarımıza qarşı təhdid sayıla bilməz”.

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi jurnalistlərə açıqlamasında deyib ki, Qarabağa İrandan qanunsuz şəkildə yük daşıyan özəl yükdaşıma şirkətlərinə xəbərdarlıq olunub.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-25-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap