header

 Freedom House Azərbaycanın adını qara siyahıda saxladı

 Freedom House Azərbaycanın adını qara siyahıda saxladı

ABŞ-da yerləşən Freedom House beynəlxalq hüquq müdafiə təşkilatı sentyabrın 21-də illik “İnternet Azadlığı 2021” hesabatını dərc edib. Azərbaycanın da adı qara siyahıdadır.

Tashaio.com-ın məlumatına əsasən, hesabatda Azərbaycan 35 balla yenə İnternetin azad olmadığı ölkələr siyahısına daxil edilib. Azərbaycanla birlikdə Qazaxıstan (33), Belarus (31), Rusiya (31)  bu kateqoriyaya aid edilib.

Gürcüstanın 77, Ermənistanın 71 balı var və bu ölkələrdə vəziyyət daha yaxşıdır.

Mənbənin məlumatına görə, bu ilin yanvarında Azərbaycanda polis özünü məşğulluq xidmətinin təmsilçisi kimi təqdim edərək, bir istifadəçinin evinə gedib, həmin istifadəçi saxlanılıb, döyülüb və Facebook-da yerli hakimiyyəti tənqid etdiyi nəşrlərə görə üzr istəməyə vadar edilib.

Azərbaycan hökuməti bundan əvvəlki illərdə də İnternet azadlığının məhdudlaşdırılmasına və İnternetdə senzuraya görə tənqid edilib.

Rəsmi Bakı bu ittihamları təkzib edir, Azərbaycanda İnternetin tamamilə azad olduğunu bildirir.

ABŞ-da yerləşən Freedom House beynəlxalq hüquq müdafiə təşkilatı sentyabrın 21-də illik “İnternet Azadlığı 2021” hesabatını dərc edib. Azərbaycanın da adı qara siyahıdadır.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-23-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap